Ultrasəs dalğalarının təsiri altında qan damarlarında eritrositlərin davranışı tədqiq olunur
Bakı, 5 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi, dosent Gülnar Sultanova və doktorant Xəyalə Rüstəmovanın həmmüəllifi olduqları “Ultrasəs dalğalarının analizinin təsiri altında eritrositlərin qan-damar sistemində davranışının bir model kimi təklifi” adlı məqalədə yeni elmi araşdırmaların nəticələrindən bəhs olunur.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalədə in vivo qan dövranında hüceyrələrin məhv edilməsinin analoqu kimi in vitro US sahəsində onların mexaniki məhv edilməsi modeli təklif edilir. Qeyd olunur ki, həm US sahəsində, həm də qan damarlarında hərəkət zamanı mexaniki amillər hüceyrələrə təsir göstərir. US təsirinin müxtəlif rejimlərində hüceyrələrin müqaviməti ilə qan dövranında davranışları arasında korrelyasiya var ki, bu da qan axınının müxtəlif hissələrində eritrositlərin davranışının bir modeli kimi təqdim edilə bilər.
Məqalə “Elsevier” nəşriyyatının, “Scopus” bazasına daxil olan “European Chemical Bulletin” jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]