Azərbaycan Dövlət İnformasiya Agentliyi

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQI QARŞISINDAKI XİDMƏTLƏRİ HEÇ ZAMAN UNUDULMAYACAQDIR

AZƏRTAC xəbər verir ki, aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə xalqımızın dahi oğlu, müdrik siyasətçi Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və həmkarlar ittifaqları” mövzusunda elmi-praktiki konfrans keçirmişdir.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, eləcə də onun daxili və xarici siyasət konsepsiyasının banisi olduğunu vurğulamışdır. Natiq qeyd etmişdir ki, ulu öndərimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk illərdən dövlətimizin xarici siyasət kursunu, prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir.

Bildirilmişdir ki, məhz bu dövrdə Azərbaycan Həmkarlar İttifaqları da öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxaran ümummilli liderimiz Heydər Əliyev həmkarlar ittifaqları təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq, bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratmış, onun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır. Bir sözlə, demokratik idarəçilik prinsiplərinə əsaslanan AHİK-in möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verilmişdir. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil müdafiə olunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.

Natiq ulu öndər Heydər Əliyevin işçilərin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar həyata keçirdiyi tədbirlərin həmkarlar ittifaqları tərəfindən həmişə alqışlandığını və bu istiqamətdə onun tövsiyələrinin daim rəhbər tutulduğunu söyləmişdir.

Vurğulanmışdır ki, Azərbaycanın kurort və turizm sahəsində əldə etdiyi nailiyyətlər respublikamızın memarı və qurucusu ulu öndər Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin titanik zəhməti hesabına əldə edilmişdir. Ulu rəhbərin tövsiyələrinə əməl edən Azərbaycan Həmkarlar İttifaqları qadınların və gənclərin problemlərinin həlli istiqamətində dövlət siyasətinin hazırlanmasında yaxından iştirak etmişdir. AHİK İcraiyyə Komitəsinin qərarı ilə “AHİK-in gender siyasəti konsepsiyası” təsdiq olunmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Həmkarlar İttifaqlarına verdiyi dəstək onun beynəlxalq arenada möhkəmlənməsi üçün geniş imkanlar açmışdır. Bu günədək AHİK 29 xarici ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr yaratmış, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir. Azərbaycan Həmkarlar İttifaqları sosial tərəfdaşlıq prinsiplərini üstün cəhətlərdən biri kimi qəbul edir. Həmkarlar İttifaqları əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində daha təsirli tədbirlər həyata keçirməyə imkan verən Baş Kollektiv Sazişin yerinə yetirilməsini diqqət mərkəzində saxlayır.

Konfransda Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov “Heydər Əliyev və Azərbaycanda həmkarlar ittifaqı hərəkatı”, bu təhsil ocağının dosenti, tarix elmlər namizədi Vəkil Həsənov “Heydər Əliyev müstəqil Azərbaycanın dövlət quruculuğunun banisidir”, Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarova “Heydər Əliyev və Azərbaycanda gender bərabərliyi”, Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin sədri Cahangir Əliyev “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Kənd Qida İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu”, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİMK-in sədr müavini Əbülfəs Mehdiyev “Heydər Əliyevin iqtisadi islahatlarında sosial yönümlülük” mövzularında məruzələr etmişlər.

Maraqla qarşılanan məruzə və çıxışlarda vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti, dərin zəkası və titanik fəaliyyəti ilə əbədi müstəqillik qazanmış Azərbaycanın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində getdikcə artır. Azərbaycanda demokratiyanın inkişafı, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin azaldılması, regionların inkişafı istiqamətində mühüm işlər görülmüş, neft gəlirləri ölkənin sosial-iqtisadi inkişafına yönəldilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri Azərbaycanı regionda lider dövlətə çevirmişdir.

Məruzəçilər birmənalı şəkildə bəyan etmişlər ki, Prezident İlham Əliyevin siyasi kursu bundan sonra da dəstəklənəcəkdir. Bildirilmişdir ki, xalq, eləcə də onun ayrılmaz tərkib hissəsi olan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri qarşıdan gələn prezident seçkilərində də ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə böyük inamla səs verəcəklər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib