Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır – məqalə

Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır – məqalə

Bakı, 5 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Qədirbilən xalqımız hər il olduğu kimi bu il də Ulu Öndərin doğum gününü böyük coşqu və sevinclə qarşılayır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ötən əsrin yetmişinci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi uğurların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ümummilli Lider Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi ölkəmizi və xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun misilsiz xidmətləri sayəsində mümkün olub.

Ötən əsrin 60-cı illərinin sonundan başlayaraq Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin taleyində yeni mərhələnin başlanğıcını qoyub, Azərbaycanın müstəqilliyə doğru gedən yolunun möhkəm təməllərini formalaşdırıb. Totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başlayıb. Ulu Öndərin inanılmaz səyləri nəticəsində qısa müddət ərzində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrilib. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verib. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilib. Yeni və mütərəqqi sənaye sahələri yaradılıb. Elm, təhsil, mədəniyyət sahələrində misli görünməmiş uğurlara imza atılıb. SSRİ-nin bütün ideoloji maşınının milli-mənəvi dəyərlərin unudulmasına xidmət etdiyi bir məqamda Ulu Öndərin böyük cəsarəti və əzmkarlığı sayəsində gələcək milli ordu quruculuğunun əsasını təşkil edən Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılıb. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapıb.

Ulu Öndərin bu illərdəki fəaliyyətinə ən böyük qiymət onun 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə müvafiq Sərəncamında verilib. Həmin Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər respublikamızı unutmurdu, bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldirdi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı üçün əlindən gələni əsirgəmirdi. Naxçıvanda olduğu illərdə isə bu torpaqlarımızın işğalının qarşısının alınması və Naxçıvanın inkişafı istiqamətində misilsiz xidmətlər göstərdi. Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi təsis edilməsi haqqında qəbul edilən tarixi qərar xalqımızın birliyinin və həmrəyliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqın bir əqidə, bir məslək uğrunda birləşdirilməsinə xidmət edirdi.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün imkanları səfərbər edərək ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qorudu. Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Yenidən əldə edilmiş müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atıldı. Bütün bunların nəticəsində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi, xalqın və dövlətin sabahına inam bərpa edildi. Ölkənin davamlı inkişafı, Azərbaycanın modern və qüdrətli bir dövlətə çevrilərək dünya dövlətləri sırasında layiqli yer tutması üçün möhkəm və sarsılmaz təməllər yaradıldı.

Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan azərbaycançılıq ideologiyasının da təşəkkülü və inkişafına diqqət yetirirdi. Ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur. Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində qeyd edirdi: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Bu gün azərbaycançılıq milli və dövlət ideologiyası statusu əldə etməklə milli birliyin, ölkəmizdəki əmin-amanlıq və sabitliyin, xalq-iqtidar birliyinin təməlinə çevrilib.

Ulu Öndərin: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı onun vətəndaş mövqeyini, milli köklərinə bağlılığını və azərbaycançılıq ideologiyasına sadiqliyini sübut edən tarixi bir bəyanatdır.

Hakimiyyətdə olduğu illərdə Ümummilli Lider ölkəmizdə elm və təhsilin, o cümlədən ali təhsilin inkişafına və səriştəli kadr hazırlığına daim diqqət və qayğı göstərib. Təhsili millətin gələcəyi hesab edən dahi rəhbər yaxşı bilirdi ki, elmin inkişafı və yüksəksəviyyəli təhsil hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir. Xalqın rifahı, dövlətin formalaşması və davamlı inkişafı əhəmiyyətli dərəcədə elm və təhsil sistemində əldə edilən nailiyyətlərlə təyin olunur, təhsilin inkişafı nəticəsində formalaşan insan kapitalı ölkənin iqtisadi və sosial rifahının artırılmasında əhəmiyyətli rol oynayır. Təkcə onu demək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Eləcə də Ulu Öndər azərbaycanlıların keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdı. Məhz Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdı. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafını diqqətdən kənarda qoymamış, onun misilsiz xidmətləri sayəsində bu sahənin inkişafında yeni mərhələ başlamışdır.

Qürurverici haldır ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin cəsarəti, qətiyyəti və iradəsi sayəsində dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, müqəddəs ata vəsiyyəti və xalqımızın ən ülvi arzusu şərəflə yerinə yetirildi. İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla üçrəngli Bayrağımızın Azərbaycanın hər bir nöqtəsində dalğalanması Ulu Öndərin ideyalarının təntənəsidir.

Şübhə etmirik ki, Vətən müharibəsində qısa bir müddət – cəmi 44 gün ərzində inanılmaz dərəcədə böyük Qələbənin qazanılması dünya dövlətləri tərəfindən hərb tarixində misli görünməmiş bir hadisə kimi qəbul edildiyi və öyrənildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə qısa bir müddət – cəmi bir neçə il ərzində inanılmaz dərəcədə sürətlə və planlı şəkildə aparılan bərpa və quruculuq işləri də dünya təcrübəsində misli görünməmiş bir hadisə kimi qiymətləndiriləcək. Bu illər ərzində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və öz bəhrəsini verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Ulu Öndərin həmişəyaşar ideyalarına söykənərək gündən-günə inkişaf edən, böyük hərbi gücə və iqtisadi potensiala malik demokratik bir ölkə kimi öz müstəqilliyini və suverenliyini əbədi olaraq qoruyub saxlayacaq və dünya dövlətləri sırasında öncül yerlərdə qərarlaşacaq.

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə müvafiq Sərəncamda qeyd edildiyi kimi: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bu şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün hər birimizə uğurlar diləyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb