ULU ÖNDƏRƏ EL MƏHƏBBƏTİ İFADƏ OLUNDU
AZƏRTAC xəbər verir ki, Milli Qurtuluş günü Gəncə sakinləri ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsinin önünə əklil və tər çiçək dəstələri qoydular. Ölkəmizi parçalanmaq təhlükəsindən qurtulduğu bu əziz günü əsil bayram əhval-ruhiyyəsi ilə qeyd edən gəncəlilər əbədiyaşar Heydər Əliyevin qədim Nizami yurduna daim diqqət göstərdiyini, onun qayğısı nəticəsində şəhərin sənaye və mədəniyyət mərkəzinə çevrilməsini fərəhlə dilə gətirirdilər. Tanınmış estrada müğənnillərinin ifasında səslənən mahnılar bayram tədbirinə xoş ovqat bəxş etdi.
Axşamadək davam edən el şənliyinin sonunda keçirilən atəşfəşanlıq Milli Qurtuluş günündə şəhər sakinlərinə yaddaqalan sevinc bəxş etdi.