RƏSMİ XRONİKA
ULYANOVSKDA AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN MEYDANIN AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCANIN VƏ RUSİYANIN DÖVLƏT BAŞÇILARI MƏRASİMDƏ İŞTİRAK ETMİŞLƏR
![ULYANOVSKDA AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN MEYDANIN AÇILIŞI OLMUŞDUR AZƏRBAYCANIN VƏ RUSİYANIN DÖVLƏT BAŞÇILARI MƏRASİMDƏ İŞTİRAK ETMİŞLƏR](/files/2009/3/1200x630/14858664483701517107_1200x630.jpg)
Ulyanovsk, 24 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev noyabrın 24-də Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimində iştirak etmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bir neçə dəfə Ulyanovsk şəhərində olmuşdur. Sovetlər Birliyində ali rəhbər vəzifədə işləyərkən ulu öndər bu şəhərin inkişafı ilə bağlı mühüm qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Şəhər sakinləri dünya şöhrətli siyasi xadimin xatirəsini daim əziz tuturlar. Məhz buna görə də Ulyanovskın mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilmişdir. Bu meydanda ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.
Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar. Prezidentlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.
Daha sonra prezidentlər İlham Əliyev və Dmitri Medvedev Ulyanovskda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb söhbət etdilər.
######
![]() |
![]() |
![]() |
![]() |