“ÜMUMDÜNYA AİDS İLƏ MÜBARİZƏ GÜNÜ” VƏ “BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜ” QEYD EDİLƏCƏKDİR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünya üzrə 181 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinə qoşularaq, bu günləri qeyd edir. 15 mindən artıq könüllünü ətrafına toplayan Cəmiyyət dekabrın 1-də Dövlət Musiqili Komediya Teatrında təntənəli mərasim keçirəcəkdir.
1 və 5 dekabr günləri ilə bağlı tədbirlər, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional mərkəzləri tərəfindən də həyata keçiriləcəkdir. Sabirabad şəhərində 100-ə yaxın könüllü mərkəzi küçələrlə yürüş edərək, əhaliyə AİDS haqqında broşürlar paylayacaqdır. Yürüş iştirakçıları Sabirabad çadır şəhərciyində məskunlaşan məcburi köçkünlər icmasının binasında xəbərdarlıq məqsədi ilə cəlb edilmiş həkimlərlə birlikdə məcburi köçkünlərə AİDS barədə məlumat verəcəklər.
Cəmiyyətin Lənkəran regional mərkəzinin 20 könüllüsü Osman Mirzəyev adına qarışıq tipli uşaq evində AİDS haqqında viktorinalar təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]