Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün regional seminar keçirilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün regional seminarın işinə start verilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 18-dən 20-dək keçiriləcək tədbir Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÜHST-nin birgə təşkilatçılığı və Avropa İttifaqının (Aİ) dəstəyi ilə təşkil olunub. Seminarda AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ÜHST və Aİ-nin məsul şəxsləri və əməkdaşları iştirak edir.

Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilir.

Tədbirdə çıxış edən AQTA sədrinin müavini Balarəhim Quliyev bildirib ki, agentliyin məqsədlərindən biri “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir. Respublikamız bununla qloballaşan dünyada bioloji təhlükəsizliyin təmin olunması və zərərsiz qida məhsulları ilə təminatın yaxşılaşdırılması işlərinə fayda vermək niyyətindədir. Azərbaycanın 1995-ci ildə ÜHST-yə üzv qəbul edildiyini vurğulayan B.Quliyev vurğulayıb ki, təşkilatla əməkdaşlıq ölkəmizdə heyvan sağlamlığı problemlərinin həllində, bioloji təhlükəsizliyin qorunmasında və beynəlxalq ticarətin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda agentlik son 5 ildə ÜHST-nin, Aİ-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla, beynəlxalq və regional miqyasda xüsusi təhlükələrə səbəb olan heyvan xəstəlikləri ilə mübarizədə məqsədyönlü tədbirləri davam etdirir. Belə ki, “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya” ilə bağlı müvafiq işlər görülüb və “Transsərhəd heyvan xəstəlikləri üzrə Qlobal Çərçivə” (GF-TAD) daxilində Proqressiv Nəzarət yolu (PCP) və dabaq xəstəliyi ilə mərhələli mübarizə Planı çərçivəsində fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, Azərbaycan 2023-2025-ci illər üzrə dabaq xəstəliyi üzrə Şərqi Avrasiya Regional Məsləhət Qrupunun sədri seçilib.

AQTA sədrinin müavini qeyd edib ki, müvafiq sahədə ölkələrarası işgüzar əlaqələrin qurulması ilə yanaşı, respublika daxilində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə işində əlaqədar qurumlar arasında çevik kommunikasiya mexanizmləri, habelə dövlət-özəl sektor əməkdaşlığı strategiyası tətbiq olunmaqdadır. Belə ki, bu il Azərbaycanda region ölkələri arasında ilk dəfə aviasiyadan istifadə edilməklə, meşə massivində vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu tədbir davam etdiriləcək. Həmçinin tədbirin regional effektinin təmin olunması üçün Rusiya Federasiyası və Gürcüstan ilə uyğunlaşdırılmış şəkildə eyni strategiyanın həyata keçirilməsinə dair müzakirələr aparılır. Eləcə də yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ölkəmizdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Müxtəlif xəstəliklərə görə, ailə təsərrüfatlarında, quşçuluq müəssisələrində və təbiət ərazilərində aidiyyəti qurumların iştirakı ilə mütəmadi olaraq epizootoloji monitorinqlər reallaşdırılır. Qeyd edilənlərlə yanaşı, respublikada xüsusi təhlükəli heyvan xəstəliklərinin erkən aşkarlanması və çevik cavab tədbirlərinin icrası məqsədilə ciddi işlər aparılır və bu sahə dövlətin diqqət mərkəzindədir. Hazırda müxtəlif növ heyvanlara aid 39 xəstəliyə qarşı mübarizə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Seminarda müvafiq nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edib. Çıxışlardan sonra isə tədbir “ÜHST-nin kommunikasiya fəaliyyətlərinin və əlaqələndirici şəxslərinin rolunun araşdırılması” və “İnfodemik idarəetmə konsepsiyası və proseslərinə giriş” mövzularına dair təqdimat, interaktiv sessiya və simulyasiya məşqləri ilə davam edib.

Seminar zamanı AQTA-nın heyvan sağlamlığı sahəsində 5 il ərzində gördüyü işlərə və ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiricilərinin roluna dair videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, tədbir çərçivəsində oktyabrın 19-da “Adekvat müdaxilələr və qiymətləndirmə ilə infodemiyanı necə həll etmək olar?” mövzusu ilə bağlı təqdimat və simulyasiya məşqlərinin həyata keçirilməsi və müzakirələrin aparılması, oktyabrın 20-də isə müvafiq məsələlər üzrə təqdimat və sessiyaların təşkil olunması planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib