MƏDƏNİYYƏT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konsert
Bakı, 8 may, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində mayın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdlər müxtəlif çalğı alətlərində və vokal sənəti üzrə Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət nömrələrlə çıxış ediblər.
Qeyd edək ki, konsert “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.