“Unibank” Albalı Plus istifadəçiləri üçün onlayn xidmətini təkmilləşdirdi
Bakı, 9 iyun, AZƏRTAC
“Unibank” Albalı Plus (Albalı) istifadəçiləri üçün onlayn xidmətini daha da təkmilləşdirdi.
Bankdan AZƏRTAC-a bildiriblər ki, indi bank müştəriləri öz evlərini və ofislərini tərk etmədən, istənilən bank məhsul və xidmətləri ilə bağlı məlumatları cəmi bir neçə dəqiqə ərzində əldə edə biləcəklər. Bunun üçün sadəcə albali.az saytına daxil olmaq kifayətdir.
Albali.az saytı istifadəçilərə hansı imkanları verir?
Albalı Plus kartı ilə bağlı istədiyiniz məlumatı və bütün yenilikləri öyrənmək, bank filialına getmədən, elə saytdan Albalı Plus kartını onlayn sifariş etmək və hazır kartı bankdan növbəsiz götürmək, ölkə bankları içərisində daha mükəmməl onlayn məsləhətçi xidməti ilə birbaşa əlaqə yaradıb bankın bütün məhsul və xidmətləri ilə bağlı suallarınıza qısa müddətdə cavab almaq imkanı, Vahid Albalı Plus Şəxsi kabinetdə kredit ödənişinin müddətindən məbləğinədək, keçmiş və gələcək ödənişləri, taksit qrafikini öyrənmək, təhlükəsiz “Albalı Plus” mobil əlavəsini birbaşa saytdan yükləmək, Facebook üzərindən yaradılmış eksklüziv QFF platformasında qeydiyyatdan keçmək və digər yeni kampaniyalar, endirimlər haqqında operativ məlumat öyrənmək və s.
Yeni dizaynda, daha rahat və daha mobil olan albali.az saytından kartın digər imkan və üstünlükləri ilə bağlı məlumatları da öyrənmək mümkündür.