UNİBANK OLİMPİYA MÜKAFATÇILARINI TƏBRİK ETMİŞDİR
Unibank Pekində keçirilən XXIX yay Olimpiya oyunlarında medal qazanmış idmançıları təbrik edərək, onlara pul mükafatları təqdim etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, 100 min manat məbləğində mükafat fondunun vəsaiti Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə razılığa əsasən Olimpiya medalı qazanmış dörd idmançı arasında bölüşdürüləcəkdir: Vitali Rəhimov (gümüş medal, yunan-Roma güləşi, 60 kiloqramadək çəki dərəcəsi), Rövşən Bayramov (gümüş medal, yunan-Roma güləşi, 55 kiloqramadək çəki dərəcəsi), Şahin İmranov (bürünc medal, boks, 57 kiloqramadək çəki dərəcəsi) və Mövlud Mirəliyev (bürünc medal, cüdo, 100 kiloqramadək çəki dərəcəsi).
Unibankın idarə heyətinin sədri Faiq Hüseynov demişdir: “Azərbaycanın olimpiya yığması Azərbaycan idmanının flaqmanıdır. Hazırda formalaşan və dünyada ölkəmizin imicini qoruyan yığmanın üzvlərinı, həqiqətən, zəmanəmizin qəhrəmanları adlandırmaq olar. Olimpiya oyunlarında iştirak özlüyündə böyük hadisədir, qələbə isə bu insanların uğur qazanmaq üçün hər gün qatlaşdıqları ağır zəhmətə verilən ən yüksək mükafatdır. Sosial məsuliyyətini yaxşı başa düşən Azərbaycan biznesi milli tarixə düşəcək hadisələri dəstəkləməyə borcludur. Çünki Azərbaycanın istənilən idmançısının Olimpiya oyunlarında qələbəsi tək bir adamın deyil, bütün ölkənin, bütün xalqın qələbəsidir.
Unibank bundan əvvəl də Azərbaycanda müxtəlif idman yarışlarını, o cümlədən güləş üzrə dünya çempionatını, qadınlar arasında beynəlxalq şahmat turnirini, müxtəlif futbol turnirlərini və s. dəstəkləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]