UNİVERSİTETİN XEYİRXAH MƏQSƏDLİ LAYİHƏSİ AZTƏMİNATLI AİLƏLƏRİN ÖVLADLARI ÜÇÜN TƏLİM KURSLARI AÇILMIŞDIR
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev sertifikatları təqdim edərkən demişdir ki, təlim-tədris kurslarını universitetin istedadlı tələbələri aparmışlar. Artiq layihənin ikinci mərhələsinə də başlanmışdır. Bir həftəyə yaxındır ki, daha 94 şagird kurslarda təlim alır. Uşaqların sayı çox olduğuna görə, universitetin müəllimləri də bu işə qayıtmışlar. Layihə çərçivəsində uşaqlar pulsuz yeməklə də təmin edilir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov çıxışında yay tətili dövründə uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət edən bu layihənin valideynlər və şagirdlər tərəfindən razılıqla qarşılandığını bildirmiş, xeyirxah təşəbbüsə görə universitet rəhbərliyinə təşəkkür etmişdir.
Layihənin 3-cü mərhələsinin Qubadakı yay düşərgələrindən birində davam etdiriləcəyi vurğulanmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, valideyn və müəllimlər çıxış edərək, sertifikat alan uşaqları təbrik etmiş, universitetin müəllim və tələbələrinə minnətdarlıqlarını bildirmişlər.
ADİU-nun rektoru 20 kompyuter dəstini təmənnasız olaraq Səbail rayonunun orta məktəblərinə hədiyyə etmişdir.