ÜNS TEATRININ SƏHNƏSİNDƏ KÖHNƏ MAHNILAR SƏSLƏNİRDİ
AZƏRTAC xəbər verir ki, proqramda vaxtilə “Qaya” kvartetinin, Müslüm Maqomayevin və digər tanınmış müğənnilərin ifa etdikləri, könül oxşayan köhnə mahnılar səsləndi. Konsertin 15 iştirakçısı - səkkiz oğlan və yeddi qız saat yarım ərzində oxumuş, rəqs etmiş və xoreoqrafiyanı step elementləri ilə tamamlamışdır. Gənclərin çıxışı keçmişlə bu gün arasında bir növ körpü olmuş və bir daha göstərmişdir ki, ötən əsrin 60-80-ci illərinin musiqisi unudulmur. Bakılıların bütün nəsilləri nümayəndələrinin toplaşdığı salonun hərarətli alqışları da bunu sübut edirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı kinoxronika kadrları isə tədbirin zirvəsi oldu. Ulu öndər bəstəkar Tofiq Quliyevə xitabən demişdir: “Həyatda hər şey gəldi-gedərdi, musiqi isə əbədidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]