“Ünsiyyətin təkamülü: Mağara rəsmlərindən rəqəmsal görüntülərə” mövzusunda konfrans
Bakı, 2 noyabr, AZƏRTAC
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Ünsiyyətin təkamülü: Mağara rəsmlərindən rəqəmsal görüntülərə” mövzusunda konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyənin Dokuz Eylül Universitetindən professor V.Doğan Günay, Giresun Universitetinin tədqiqatçısı Betül Çanakpınar və Ardahan Universitetinin elmi işçisi Z.Hande Akata çıxış ediblər.
Tədbirdə “Ünsiyyət nədir?”, “Yazının yaranma tarixi”, “Bu günün kommunikasiya texnologiyaları”, “Süni intellekt”, “Gələcəyin insanı azaddırmı?”, “Yeni elm yaranır!”, "Sabahın ünsiyyət vasitələri nə dərəcədə təhlükəsizdir?" mövzuları üzrə məlumatlar verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.