ÜST-nin həyata keçirdiyi COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi davam edir
Bakı, 20 oktyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi davam edir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, yerli tərəfdaşlarla birgə ölkədə pandemiyanın növbəti dalğasının yaranmasının qarşısının alınması və risk qrupları arasında peyvənd olunmağı təbliğ etmək məqsədilə start verilən “Mən seçirəm” adlı təşviqat kampaniyası davam edir.
Kampaniya “ASAN xidmət”, DOST mərkəzləri, “Əczaçılar Klubu” İctimai Birliyi və “ASAN Radio” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.