ÜST zəngin ölkələri uşaqların vaksinasiyası əvəzinə peyvənd dozalarını yoxsul ölkələrə ianə etməyə çağırıb
Cenevrə, 14 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın zəngin ölkələrini uşaqların vaksinasiyasına başlamaq əvəzinə peyvənd dozalarını yoxsul ölkələrə ianə etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus Cenevrədə növbəti dəfə belə bir çağırışla çıxış edib. O bildirib ki, dünyada istehsal olunan peyvənd dozalarının yalnız 0,3 faizi əhalisinin gəliri aşağı olan ölkələrin sərəncamındadır. Həmin ölkələrin bir çoxunda heç tibbi heyət və xəstə baxıcılarının COVID-19 xəstəliyinə qarşı immunlaşdırılması həyata keçirilməyib.
“Mən başa düşürəm ki, nəyə görə bəzi ölkələr uşaq və yeniyetmələrin vaksinasiyasını həyata keçirmək istəyirlər. Lakin hazırkı məqamda bu məsələni yenidən fikirləşməyi israrla xahiş edirəm”, - deyən T.Qebreyesus zəngin ölkələri COVAX təşəbbüsünü dəstəkləməyə və təcili istifadəsi tələb olunmayan peyvənd partiyalarını, peyvənd dozalarını dünyada ədalətli bölgüsünü hədəf alan bu təşəbbüsün sərəncamına verməyə çağırıb.
ÜST rəhbəri bildirib ki, hazırda pandemiyanın ikinci ilinin ilk il ilə müqayisədə daha ağır və daha yüksək ölüm statistikası ilə keçəcəyi təhlükəsi mövcuddur və Hindistandakı vəziyyət xüsusilə ciddi narahatlıq doğurur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]