Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir

Gəncə, 26 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycanın Vartana kəndinin əzəli sahibi olan azərbaycanlılar ötən əsrdə ermənilər tərəfindən dəfələrlə etnik təmizləməyə və insanlığa sığmayan vəhşiliklərə məruz qalıblar. 1918-ci ildə yerindən-yurdundan didərgin salınan dinc əhaliyə zülm edilib, 100-dən çox insan yandırılaraq öldürülüb. 1988-ci ildə azərbaycanlılar yenə də öz ata-baba yurdlarından zorla çıxarılıblar. Buna etiraz edənlər, doğma yurdu ilə vidalaşmaq istəməyənlər işgəncələrə məruz qalaraq həyatları ilə vidalaşmalı olublar. Erməni zülmündən sağ qurtula bilənlərin ürəyinə isə yurd dağı çəkilib.

Tarixən azərbaycanlıların əsasını qoyduğu bir eldə, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Vartana kəndində 1949-cu ildə anadan olan Məmmədhəsən Məmmədovun də tale payına torpaq nisgili, doğmasının itkisini yaşamaq, min bir əziyyətə qatlaşmaq düşüb. O, yaddaşında qalan ən acı xatirələri AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb. Məmmədhəsən müəllim sonradan özünün də şahidi olacağı erməni məkri, zülmü barədə ilk olaraq atasından eşidib: “10 uşaqlı ailədə dünyaya göz açmışam. Anam mənə və qardaşlarıma 1918-ci ildə ermənilər azərbaycanlıları deportasiyaya məruz qoyanda itkin düşən qohumlarının adlarını qoyub. O zaman atam Qəmbər Məmmədovun də 12 yaşı olub. Ailəsi ilə birgə Vartanadan çıxaraq digər türk eli olan Hallavar kəndinə sığınıb. Sonradan baba yurduna geri dönən atam deyərdi ki, bu yerlər bizim əzəli torpaqlarımızdır. 1830-cu ilə qədər orada sadəcə türk tayfaları yaşayıb”.

Müsahibimin sözlərinə görə, azərbaycanlılar kəndə sonradan köçürülən ermənilərlə birgə yaşayışa məhkum ediliblər. Maymaq dağı, Xalxallı, Qazax talası, Ocaq dərəsi, Çətin dərə yaylaları, Qarpı, Mədən çayları, Gözdəyən, Muncuqlu, Söyütlü bulaqları ilə tanınan kənd vaxtilə Qazax əhalisinin yaylaq yerləri olub: “Maymaq dağının başında ilin bütün fəsillərində qar olardı, hər kəs zirvəsindəki pirə ziyarətə gələrdi. Kəndin havası təmiz, torpağı münbit idi. Bulaqların dumduru, şirin suyundan doymaq olmurdu. Əhali əsasən əkinçilik, heyvandarlıqla məşğul olurdu. Kənddə əvvəl 8 illik, sonradan yeni, 3 korpuslu 10 illik məktəb fəaliyyət göstərirdi. Tibb məntəqəsi, kitabxana, məscid, qədimi qəbir dağları olan qəbiristanlıq da var idi”.

Məmmədhəsən müəllim azərbaycanlıların zəhmətdən çəkinmədiklərini, öz adət-ənənələrinə sadiq olduqlarını da bildirir: “Bayramlarda, toylarda aşıqlar dastanlar söyləyib, bol nemətli süfrələr açılıb, dünyasını dəyişənlərin qəbirləri ziyarət edilib, insanlar bir-birinin evinə müxtəlif hədiyyələrlə gediş-gəliş edib, daha da mehribanlaşıb. Kənddə yaşlılara ehtiram, uşaqlara qayğı, möhkəm ailə bağları kimi dəyərlərə xüsusi diqqətlə yanaşılıb. “Kəndin kişiləri igid, qeyrətli, sözünün ağası ərənlər idi, at belində gəzərdilər. Atamın təhsilimizlə maraqlanmaq üçün atın belində məktəbə gəlişi hələ də xatirimdədir. Bayramlarda da atlılar yarışardılar. Qadınlarımız yaşmaqlanardılar, ismətli, abırlı, bir o qədər də qorxmaz idilər. Gülabatın nənə var idi, atın tərkində gəzəndə ermənilər ondan çəkinərdilər. Ümumiyyətlə, ermənilər bizə yaltaqlanırdılar, sonradan əsl simaları üzə çıxdı”.

O deyir ki, ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin azərbaycanlılara qarşı bəslədiyi kin-küdurət özünü daha aydın büruzə verməyə başlayıb. Təhsilli azərbaycanlılara vəzifə verilməyib, işləyənləri də bezdirməyə çalışıblar. Günahsız insanların həyatı üçün təhlükə yaradıblar. “Gözəldərə kəndində Bayram müəllim var idi, polisdə işləyirdi, ermənilər onu tapança ilə vurub öldürmüşdülər, guya öz canına qəsd edib. Süni qəzalar da törədirdilər. Bir dəfə bələkdəki oğlum qızdırmadan yanırdı, onu həkimə aparmağa belə ehtiyat etdik. Bilirdik ki, öldürə bilərlər. Neçə dəfə ermənilərlə bizə “Yaxşı oğlansan, amma heyif ki, türksən” dedikləri üçün dalaşmışıq”, - deyə müsahibim bildirir.

Ermənilərin azərbaycanlılara qarşı təzyiqləri bununla yekunlaşmayıb. 1988-ci ilin qış aylarında vəziyyət lap dözülməz hal alıb. “Noyabrın 25-i evimizin pəncərəsindən içəriyə yekə daşlar atıldı. Kimə dəysəydi, ölüm halı qaçılmaz idi. Daşnaklar kəndə girib, oradan çıxmağımızı tələb edirdilər. Evləri daşlayırdılar, yanğınsöndürən maşınların siqnalları hələ də qulağımdan getmir. Çörəyimizi yeyən ermənilər də onlara qoşulmuşdular”, - deyən Məmmədhəsən Məmmədov onu da qeyd edir ki, azərbaycanlılar öz evlərini tərk etmək istəməyiblər. Vəziyyət get-gedə daha ağır hal almağa başlayıb: “Cəlal və Sadıq kişi öz ailələrini xilas etmək istəyərkən onların qarşısını kəsib getdikləri maşını əzik-əzik etmişdilər, özlərini dərədən aşağı atmışdılar. Onların harayına yetmək istəyən qardaşım oğlu Mikayılı, Mamed müəllimi möhkəm döymüşdülər, Sadıq kişinin oğlu 33 yaşlı Vaqifi tüfənglə vurub öldürmüşdülər. Mən də anamı, həyat yoldaşımı, balacası 7 aylıq olan 3 övladımı min bir zülmlə Hallavar kəndinə apardım”.

Müsahibimin sözlərinə görə, bu kənddə ancaq azərbaycanlılar yaşadığı üçün oranı daha az təhlükəli hesab edib. Kəndə çatanda orada da vəziyyətin pis olduğunu görüb. “Ermənilər yerli əhalidən evlərini tərk etmələrini istəyirdilər. Dekabrda baş verən zəlzələ yaşayışı daha dözülməz hala gətirdi. Evlərindən də olan insanlar çadırlara sığındılar. Sonda isə anamgili birtəhər Qazaxa yola salmağa macal tapdıq. Onlar da körpə uşaqla birgə dağ-dərə aşaraq, ac-susuz, zülm çəkə-çəkə canlarını qurtara bildilər”, - deyən Məmmədhəsən müəllim Vartanada daha dəhşətli hadisələrin yaşandığını qəhərlə xatırlayır. Bildirir ki, burada evlərini tərk etmək istəməyən 16 nəfərin canına vəhşiliklə qəsd edilib. “Ermənilər qardaşım Süleymandan Qarabağın onlara məxsus olduğunu söyləməsini istəmişdilər. O da bunu heç yuxularında da görə bilməyəcəklərini demişdi. Onu yandırıb öldürdülər. Mehralı İsgəndərov Sürik adlı erməniyə 5000 manat borc vermişdi. Həmin Sürik daşnaklara onun evini işarə verdi, onlar da gəlib özünü, arvadı Xanımı və oğlu Alimi amansızlıqla öldürdülər”, - deyən Qərbi azərbaycanlı erməni vəhşiliyinin ağır nəticələrini yada salır. Deyir ki, ermənilər başqalarına gözdağı vermək üçün insanlığa yaraşmayan qətliamı davam etdiriblər: “İkinci Dünya müharibəsində bir qolunu itirən Qərib Bayramovu erməni faşistləri mal-qaraya ot verərkən öldürüb yandırmışdılar. Əhməd Alıyev, Leyli Hüseynova, Qara Bayramov, Abdulla Əliyevi də vəhşicəsinə qətlə yetiriblər. Fatma Əliyevanı maşının təkərləri altına salıb əzmişdilər. Şərabanı xalanın bədənini siqaretin kötüyü ilə yandırmışdılar, zorla sağ qalmışdı. Digər kənd sakinləri Qazaxa sığındılar”.

Ürəyinə dağ çəkilən vartanalılar 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə təsəlli tapıblar. “Öldürülən qardaşım Süleymanın adını daşıyan nəvəsi digər qardaşım oğlu ilə birgə Vətən müharibəsində iştirak edərək qazi oldu. Şanlı Qələbədən sonra Süleyman mənə “Əmi daha ağlama, babamın heyfini döyüş meydanında aldım” dedi. Elə bil dünyanı mənə verdilər”, - deyən Məmmədhəsən Məmmədov dədə-baba torpaqlarından qovulmuş, zülmə məruz qalmış hər bir azərbaycanlının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiyini deyir. Bildirir ki, ədalətin bir gün bərpa olunacağına, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli, təhlükəsiz şəkildə qayıdışına əmindir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır