İDMAN
Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə yekun vurulub
AZƏRTAC xəbər verir ki, Velotrekdə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın idmançısı ilə yanaşı, trek yığmamızın aparıcı üzvləri Olqa İsmayılova, Yelena Pavluxina, Elmar İsmayılov, Nicat Niftəliyev, Sirac Hüseynzadə və Sergey Omelçenko da iştirak ediblər.
Yarışın sonuncu gününün proqramına əsasən, daha 6 növdə qaliblər müəyyənləşib. Kişilər arasında Olimpiya sprintinin komanda növündə Sergey Omelçenko, Elmar İsmayılov və Nicat Niftəliyevdən ibarət üçlük qələbə qazanıb. Qadınların analoji yarışında isə Olqa İsmayılova - Yelena Pavluxina dueti birinci yeri tutub. Sergey Omelçenko və Olqa İsmayılova kehrin növündə də bütün rəqiblərindən yaxşı çıxış ediblər.
Özlərini trek yarışlarında sınayan “Synergy Baku” kontinental komandasının üzvləri Məhəmməd Ələkbərov ilə Aqşin İsmayılov müvafiq olaraq fərdi ötüşmə və çıxmaqla qrup ötüşməsində hamıdan yaxşı çıxış ediblər. Nəhayət, yeniyetmələr arasında fərdi ötüşmə yarışları İvan Orlovun qalibiyyəti ilə yadda qalıb.