Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı təlimlərə başlanılıb

Bakı, 18 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsi və Tədris Mərkəzi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı birgə təlimlərə başlayıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 24-dək davam etdirilməsi nəzərdə tutulan onlayn təlimlərin məqsədi vergi orqanı əməkdaşlarının vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılmasıdır.
Təlimlər vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin, sahibkarlıq subyektlərinin və bank-maliyyə sektorunun vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi, uçot siyasətinin təkmilləşdirilməsi və digər mövzuları əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]