Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi qazisi: Çox sevinirəm ki, girdiyimiz döyüşlərin hamısından qalib ayrıldıq

Bakı, 25 oktyabr, AZƏRTAC

Sentyabrın 21-də təlimlərə qoşuldum. Beş gün sonra Ağdama aparıldıq. Səhəri gün Azərbaycan Ordusunun bölmələrinə düşmənin təxribatına qarşı bütün cəbhəboyu istiqamətlərdə əks-hücum əməliyyatına keçmək əmri verildi. Müharibə şiddətli başladı. İlk saatlardan gedən qızğın döyüşlər zamanı hamımız bir şeyi çox yaxşı başa düşdük: ya şəhid olacağdıq, ya da qazi, amma ki, sonacan gedəcəydik. Artıq geriyə yol yoxdur. Bu, bizim çoxdan gözlədiyimiz fürsət idi.

AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi qazisi Azad İsmayılov deyib.

İsmayılov Azad Pənah oğlu 1996-cı il fevralın 23-də Göyçay rayonunun Alxasava kəndində olub. Ötən il sentyabrın 21-dən təlimlərə cəlb edilən Azad Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. O, Tərtər, Ağdərə, Ağdam istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Qalib əsgər kimi Göyçaya doğmalarının yanına qayıdan Azad müharibə haqqında təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Mən və silahdaşlarım əks-hücum əmri gələndən sonra döyüşlərə qoşulmaq üçün səbirsizlənirdik. İlk olaraq Ağdərə istiqamətində postları düşməndən təmizləmək tapşırığı aldıq. Sentyabrın 29-da “Tülkü dərəsi”ndə yerləşən “Beton post” adlandırılan posta hücum etdik. Sentyabrın 29-dan oktyabrın 2-nə kimi Ağdərə istiqamətindəki səngərlərin düşməndən təmizləməsi əməliyyatında iştirak etdik. Döyüş yoldaşlarımızdan yaralanan da, şəhid olan da var idi. Çox qısa müddət olsa da, aramızda səmimi münasibətlər yaranmışdı. Silahdaşlarımızın gözümüzün qarşısında şəhid olması təbii ki, çox pis təsir edirdi. Lakin biz özümüz də bilmirdik ailəmizin yanına salamat qayıdacağıq ya yox? Gördüklərimiz bizi soyuqqanlı etmişdi. Hər şeyə hazır idik. Məramımız öldürmədən ölməmək, atıldığımız döyüşlərdən qalib ayrılmaq və silahdaşlarımızın qisasını almaq idi. Buna da nail olurduq. Sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərə qoşulduq. Həmin istiqamətdə də aparılan hərbi əməliyyatlar uğurla yekunlaşdı. Orada bir yüksəklik, hərbi hissə və postları düşməndən təmizlədik. Orada əşya anbarı ələ keçirildi. Həmçinin düşmənin bir BTR tankı sıradan çıxarıldı. Oktyabrın 3-də Suqovuşan işğalçıların əsarətindən qurtarıldı. Bundan sonra Ağdam istiqamətinə yollandıq. Orada yaxın məsafədən döyüşlər gedirdi. Şahidi olduğum ən dəhşətli ölüm məhz orada oldu. Üç ayın əsgəri bizə dəstək olmaq üçün olduğumuz mövqeyə doğru qaça-qaça gəlirdi. 60 millimetrlik minaatan mərmisi onun üzərinə düşdü və elə oradaca şəhid oldu. Həmin mənzərə hələ də gözlərimin qarşısındadır. Bu hadisə düşmənə nifrətimizi daha da artırdı. Gözümüzə heç nə görünmürdü. Qanımız donmuşdu. Qisas qarışıq nifrət hissi hamımızın gözünü örtmüşdü. Şəhid olan döyüş yoldaşlarımızın intiqamını almaq üçün irəli atılır, düşmənə ağır zərbələr vururduq. Ondan sonra isə Murov dağının ətəyindəki postların da düşməndən təmizlənməsində iştirak etdik. Çox sevinirəm ki, girdiyimiz döyüşlərin hamısından qalib ayrıldıq. Lakin şəhid olan döyüş yoldaşlarıma görə çox təəssüflənirəm. Onların hamısı qəhrəman idilər. Necə əzmlə, qorxmadan döyüşürdülər. Hər birinin xatirəsi daim qəlbimizdə yaşayacaq. Məzarlarını üzü ağ, alnıaçıq ziyarət edirik. Çünki qisasları yerdə qalmadı”.

Azad İsmayılov Vətən müharibəsində qumbaraatan və snayperçi kimi iştirak etdiyini və döyüşlər zamanı düşmənin 17 nəfər canlı qüvvəsini məhv etdiyini də qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub