Vətən müharibəsi şəhidi Nicat Tanrıverdiyevin doğum günündə əziz xatirəsi yad olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Yeni Azərbaycan Partiyası(YAP) Nəsimi Rayon Təşkilatından AZƏRTAC-a bildirilib ki, 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun, Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Tanrıverdiyev Nicat Şöhrət oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.