Vətən müharibəsi şəhidlərinin xatirəsinə onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı, 15 mart, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə onlayn şahmat turniri keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, “Qarabağ Azərbaycandır” komandası yarışda birinci olub. “Dəmir yumruq” yarışı ikinci, “Sərkərdə” isə üçüncü pillədə başa vurublar.