“Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu Füzuli rayonunda keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycanın ərazi bütövlüyünün tanıdılması, vətənpərvərlik ruhunun aşılanması, gənclər arasında ölkə xəritəsinin daha dərindən mənimsənilməsinə nail olmaq məqsədi ilə keçirilən “Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu Füzuli rayonunda keçirilmişdir.
Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Füzuli rayonu Qayıdış qəsəbəsi 3 saylı orta məktəbdə təşkil olunmuş seçim turunun açılış mərasimində Milli Şuranın baş katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov bildirmişdir ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoymuşdur. Biz çalışırıq ki, ölkəmizin ərazi bütövlüyünü dünya ictimaiyyətinə çatdıraq.
150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanmışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]