Voleybol üzrə Avropa çempionatının mükafat fondu 1 milyon avroya qədər artırılıb
Bakı, 11 mart, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə keçiriləcək Avropa çempionatı üçün mükafat fondunu artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Kişi və qadın komandaları üçün mükafat fondu eyni olacağı qeyd olunur. Mükafat fondundan Avropa çempionatının qalibinə 500 min, gümüş medal sahiblərinə 250 min, bürünc medalçılara isə 150 min avro veriləcək. Dördüncü yerin sahibləri 100 min avro alacaqlar. Əvvəlki Avropa çempionatının mükafat fondu 750 min avro idi.
Kişilər arasında Avropa çempionatı sentyabrın 1-dən 19-dək Polşanın Krakov, Qdansk və Katovitse, Çexiyanın Ostrava, Finlandiyanın Tampere və Estoniyanın Tallin şəhərlərində baş tutacaq. Qadınların çempionatı avqustun 18-dən sentyabrın 4-dək Belqrad (Serbiya), Plovdiv (Bolqarıstan), Zadar (Xorvatiya) və Kluj-Napoka (Rumıniya) şəhərlərində keçiriləcək.
Kişilər və qadınlar arasında Avropa çempionatının hazırkı qalibləri Serbiyanın yığma komandalarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]