Voleybol üzrə Azərbaycan çempionatının bugünkü oyunları təxirə salınıb
Bakı, 7 noyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün keçirilməli olan oyunlar təxirə salınıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, buna səbəb ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsidir. Bununla da noyabrın 7-də keçirilməsi nəzərdə tutulan UNEC- “Milli Aviasiya Akademiyası” və “Gəncə” - “Murov Az Terminal” qarşılaşmalarının vaxtının dəyişdirilməsi qərarı alınıb.
Qeyd edək ki, təxirə salınmış oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]