DÜNYA
Volodimir Zelenski: Rusiyanın heç bir hücumu cavabsız qalmayacaq
Bakı, 3 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı olan heç bir hücumunun cavabsız qalmayacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, gecə yayımlanan videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri şərh edərkən bildirib.
Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən V.Zelenski, beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının vacibliyini qeyd edib.
Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumlarını artırmağa çalışdığına işarə edən V.Zelenski, işğalçının heç bir hücum hərəkətinin cavabsız qalmayacağını vurğulayıb.
Sabah Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan Ukrayna Prezidenti sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını da diqqətə çatdırıb.