Volqa Texnologiya Universitetinin dosentinə ADU-nun sertifikatı təqdim edilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Volqa Texnologiya Universitetinin dosenti, Paris Sorbona Dilçilik Universitetinin doktoru, Sorbona Dilçilik Mərkəzinin üzvü Tatiana Smirnova-Coteti ADU-nun rəsmi sertifikatı ilə təltif edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, o, universitetdə peşəkar tərcümənin əsaslarına dair 3 günlük təlim keçib. Təlimdə 70-dən çox iştirakçı peşəkar tərcümə sahəsində biliklərini artırmaqla yanaşı, yazılı tərcümə və onun xüsusiyyətləri ilə tanış olub. Sonda iştirakçılara sertifikatlar verilib.