Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir

Vüqar Rəhimzadə: Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir

Bakı, 3 avqust, AZƏRTAC

30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının zirvəsində dayanan Zəfərimiz bütün sahələrdə görülən işlərin, həyata keçirilən təkmil islahatların, gələcəyə hesablanmış inkişaf strategiyasının təqdimatıdır. Son 18 ildə Azərbaycanı möhkəm təməl üzərində inamla irəli aparan möhtərəm Prezidentimiz İlham Əliyevin əsas tələbi budur ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən bəhrələnməli, ən mütərəqqi texnologiyalar Azərbaycana gətirilməli, bütün sahələrdə dayanıqlı inkişafı təmin etmək üçün islahatlar davamlı olmalıdır. Daim bu çağırış edilir ki, həyat yerində durmur, qarşımızda yeni vəzifələr, hədəflər dayanır. Bu isə öz növbəsində islahatları qaçılmaz edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində aparılan davamlı islahatların da ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımlar sırasında olduğunu vurğulayan V.Rəhimzadə qeyd edib: “Məlumdur ki, 2019-cu ilin sonlarında respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun addımların atılması nəticəsində sonda cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Yeni formalaşmış parlamentin ilk iclasında dövlət başçısı İlham Əliyev qanunverici orqanın qarşısında bir sıra vəzifələr qoydu. Bu mühüm məqam da xüsusi vurğulanır ki, yeni parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması ölkəmizdə siyasi dialoq mühitinin yüksək səviyyədə olması barədə aydın təsəvvür yaradır. Həmçinin parlamentin komitə sədrləri arasında da müxalifət nümayəndələri vardır. Son illərdə siyasi partiyalar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi, sağlam dialoq mühitinin formalaşması istiqamətində atılan addımlar göz qabağındadır. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşüb aktual məsələlər ətrafında fikir mübadiləsi aparması və sair kimi mühüm addımların əsasında bir məqsəd dayanır ki, ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəm olsun, mövcud problemlərin həlli istiqamətində müxalifətli-iqtidarlı hər kəs fəal iştirak etsin, Azərbaycanın daha da güclənməsi üçün müəyyənləşdirilən prioritetlərin icrasına töhfələr verilsin”.

V.Rəhimzadə diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmüharibə dövründə siyasi partiyaların vahid mövqedən çıxışına da diqqəti yönəldib. Vurğulayıb ki, Vətən müharibəsi dövründə 50-dən çox siyasi partiya Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edərək onun ətrafında sıx birləşdiklərini qəbul etdikləri bəyanatla təsdiqlədilər. Yenə də kənarda qalan radikallığı, inkarçılığı, qərəzi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən AXCP və “Milli Şura”çılar oldular. Eyni ab-hava 15 iyun - Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşada iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladıqları Şuşa Bəyannaməsinə dəstəyin ifadəsi olaraq 50-dən çox siyasi partiyanın bəyanat imzalaması zamanı da yaşandı. Bütün siyasi partiyalar bu bəyanatı imzalayıb Şuşa Bəyannaməsinə dəstəklərini ifadə etsələr də AXCP və yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi kimi tanınan “Milli Şura” adlı üzdəniraq qurumun təmsilçiləri seyrçi mövqedə dayanmağı yeganə yol seçdilər. Bu da başa düşən idi. Qələbəmizin, Türkiyə-Azərbaycan birliyinin təqdimatı olan bu Bəyannamə təbii ki, “düşmən dəyirmanına su tökən” ünsürləri razı sala bilməzdi.

Baş redaktor bütün bunlara qısa ekskurs etməyin səbəbini də açıqlayıb. Bildirib ki, son günlər dağıdıcı ünsürlərin xaricdəki himayədarlarının dəstəyi və ssenarisi əsasında Azərbaycanın uğurlu inkişafına, dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü, təkmil islahatlara söykənən siyasətinin nəticəsi olaraq əldə olunan uğurlara kölgə salmaq cəhdləri diqqətdən kənarda qalmır. “Bu ünsürlərin sosial şəbəkələrdə səsləndirdikləri fikirlərə, paylaşımlara diqqət yetirdikdə nə qədər cılız, dövlətinin, xalqının maraqlarını öz şəxsi ambisiyalarına qurban verdiklərini görür və belələrinin Azərbaycan xalqı adından danışmağa haqlarının olmadığını bildiririk. Xalqımız hazırda Zəfərin sevincini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda həyat canlanıb. Qısa müddətdə bu torpaqlarda görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini yaradır. Dövlətimizin başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq bu istiqamətdə ilk addım atılıb, artıq ilin sonuna ilk “ağıllı kənd” - Zəngilan rayonunun Ağalı kəndi sakinlərini qarşılayacaq. Soydaşlarımız bu sevinci yaşadıqlarına görə şanlı Qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını ifadə edirlər. Belə bir şəraitdə xalqımızın sevincinə şərik olub yeni dövrün reallıqlarına dəstək vermək əvəzinə xarici dairələrin əlində alətə çevrilib ölkəmizin imicinə zərbə vurmağın mənəviyyatsızlıqdan başqa adı yoxdur. Görəsən xarici anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrilən, onların ssenarisi əsasında hərəkət edən daxili bədxahlarımız hazırkı dövrdə uğurlarımızı inkar yolunu tutaraq referendumun, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyacın olması kimi sərsəm iddialarla çıxış edəndə heç utanc hissi keçirirlərmi? Belələri haqqında çox gözəl deyiblər ki, “utanmasan oynamağa nə var”,- deyə Vüqar Rəhimzadə vurğulayıb.

Müasir müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət olduğunu, ölkənin qanunlarla idarə edildiyini diqqətə çatdıran baş redaktor deyib: “Kimliyindən, vəzifəsindən, siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan daim demokratik təsisatların inkişafı istiqamətində atdığı addımları ilə diqqət çəkib. Milli Konstitusiyanın qəbulundan bu günədək 3 dəfə referendumun keçirilməsi, qəbul olunan qanunlara əlavə və dəyişikliklərin edilməsi, yeni qanunların qəbulu və sair kimi məqamlar göz önündədir. Eyni zamanda, Azərbaycanda insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. Həyata keçirilən bütün tədbirlər, aparılan təkmil islahatlar vətəndaş amilinə xidmət etdiyi üçün ölkədə sabitliyin, təhlükəsizliyin təminatı əsas vəzifə kimi qarşıda durur. Ölkədə hər hansı özbaşınalıqlar, qanunazidd əməllər qanun çərçivəsində öz qiymətini alır”.

V.Rəhimzadə daha sonra qeyd edib ki, daxili bədxahlarımızın xaricdəki havadarlarının sifarişi ilə möhtəşəm Zəfərimizin qazanılmasından bu günədək apardıqları qərəzli təbliğatların, qeyri-ciddi təşəbbüslərin əsasında bu antimilli ünsürlərin canla, başla xidmət etdikləri Ermənistanın düşdüyü çətin vəziyyətdən narahatlıqları dayanır. Azərbaycanın davamlı inkişafını həzm etməyən bu ünsürlər çıxış yolunu ictimai fikri çaşdırmaqda görsələr də, unudurlar ki, özləri ötən əsrin 90-cı illərin əvvəllərinin nostalji hissləri ilə yaşasalar da nə xalq həmin xalq, nə də Azərbaycan həmin Azərbaycandır. Dəyişməyən yeganə məqam ermənilər və ermənipərəst dairələrlə işbirliyində olan “sapı özümüzdən olan baltalar”a xalqın verdiyi Vətən xainləri qiymətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO