Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Kamil Əliyev - 100” mövzulu konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 oktyabr 2021-ci il tarixli “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncamlarının önəmini vurğulayıb, qeyd olunan dövlət sənədlərinin elm və mədəniyyət xadimlərinə göstərilən qayğının təzahürü olduğunu bildirib.

Qeyd olunub ki, Kamil Əliyev tarixi qədim köklərə dayanan xalçaçılıq sənətinin yaşadılmasında, onun milli elementlərlə zənginləşdirilməsində müstəsna rol oynayıb, nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan xalçalarını təbliğ edib. Başlanğıcını XIX əsrdən götürən portret xalça sənəti Kamil Əliyevin bənzərsiz ustalığı, kompozisiya özünəməxsusluğu, rənglərin harmoniyası ilə daha da zənginləşib. Dekorativ-tətbiqi sənət növlərində xüsusi dəst-xətti ilə seçilən rəssamın müəllifi olduğu şah əsərlər bu gün rəssamlıq sənətinə yiyələnmək istəyən gənc mütəxəssislər üçün zəngin yaradıcılıq məktəbidir.

Kamil Əliyev yaradıcılığında rəssamlıq sənətinə məhəbbət xüsusilə diqqət çəkir, onun müəllifi olduğu portret xalçalarda ulu öndər Heydər Əliyev, Mustafa Kamal Atatürk, Nizami, Füzuli kimi dahi şəxsiyyətlərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə bağlılığının təzahürüdür.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev konfransda “Xalq rəssamı Kamil Əliyevin təşkilati fəaliyyəti” mövzusunda məruzə edib. Kamil Əliyevin çoxşaxəli fəaliyyətinə diqqət çəkən məruzəçi bildirilib ki, rəssamın yaradıcılığı Azərbaycan xalçaçılıq sənətinin inkişaf etdirilməsi ilə əlamətdardır. Bununla yanaşı, o, bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlib, bənzərsiz zərgərlik nümunələrinin ərsəyə gəlməsində mühüm rol oynayıb. Onun müəllifi olduğu eskizlər göz oxşayan yaradıcılıq nümunələrində əksini tapıb.

Rektor rəssamın fəaliyyəti, rəngarəng yaradıcılıq üslubu barədə danışaraq diqqətə çatdırıb ki, “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin uğurlu inkişafı da məhz Kamil Əliyevin yorulmaz və səmərəli fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət isə təkcə onun rəhbərlik qabiliyyəti ilə məhdudlaşmır, həm də onun Vətəninə, xalqına, tarixi-mədəni köklərinə verdiyi dəyərdən qaynaqlanır. Bu şərəfli fəaliyyətin nəticəsidir ki, “Azərxalça” məmulatları bu gün dünyanın bir çox ölkəsində keyfiyyətli brend kimi tanınır.

Elbrus İsayev məruzə əsnasında Naxçıvan Dövlət Universitetində xalçaçılıq sənətinin öyrənilməsi və gənclərə təbliği istiqamətində görülən işlər haqqında konfrans iştirakçılarını məlumatlandırıb, yaradılan dərnəklərin fəaliyyətindən, əldə olunan uğurlu nəticələrdən söz açıb.

Konfransda “Xalq rəssamı Kamil Əliyevin portret xalça yaradıcılığında tarixi şəxsiyyətlər” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov məruzədə tarixi keçmişimizin, milli dəyərlərimizin əsas daşıyıcılarından olan xalçaçılıq sənətinin mühüm xüsusiyyətlərini təhlil edib, ölkədə, eləcə də muxtar respublikada bu sahədə atılan ardıcıl addımlar dinləyicilərin diqqətinə çatdırıb.

Rektor rəssamın yaradıcılığında xüsusi yer tutan portret xalçaların spesifik keyfiyyətlərinə nəzər salıb, Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafına qatdığı dəyər və yeniliklərdən söz açıb. Vurğulanıb ki, rəssam bir çox məşhur dövlət xadimlərinin portretini uğurla yaradıb və həmin əsərlər böyük marağa səbəb olub. Qeyd olunan əsərlərin ən ümdə xüsusiyyəti isə onların hər birində qəhrəmanın hiss və düşüncələrinin izləyiciyə çatdırılmasıdır. Çünki xalça üzərində belə uğurlu işlər ərsəyə gətirmək və öz sənətinin bütün incəliklərini əks etdirmək bacarığı böyük ustalıq və öz peşəsinə olan sevgidən qaynaqlanır.

Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Xalq rəssamı Kamil Əliyevin həyatı və yaradıcılığı”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Allahverdiyevanın “Xalq rəssamı Kamil Əliyevin yaradıcılığında obrazlılıq və kolorit məsələləri” və Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərovanın “Azərbaycanın süjetli və portret xalçalarının yaradılmasında Kamil Əliyevin rolu” mövzusunda məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür