Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR

Süleyman Rüstəmin şeirlərini, başqa əsərlərini oxuyarkən, dinləyərkən insan hər dəfə heyran olur ki, bu insanda nə qədər yüksək şeir sənəti, dil zənginliyi vardır. Bunu hər adam edə bilməz və bu, hər adama məxsus deyildir. Süleyman Rüstəmin əsərlərinin ana xətti vətənpərvərlik, vətənə, millətimizə, xalqımıza sədaqətdir. Biz bu gün müstəqil Azərbaycan

respublikasında iftixar hissi ilə deyirik ki, bizim dövlət dilimiz, gözəl ana dilimiz, Azərbaycan dilimiz vardır və bu, müstəqilliyimizin rəmzidir. Dilimizi yaşadan, zənginləşdirən, gözəlləşdirən bizim yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz olubdur.

Heydər Əliyev,

27 mart 1998-ci il.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də Heydər Əliyev adına Respublika Sarayında xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 100 illik yubileyi münasibətilə yubiley gecəsi keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Sarayın foyesində görkəmli şairin ömür yoluna, yaradıcılığına həsr olunmuş sərgiyə baxdılar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley gecəsini açaraq dedi ki, Prezident İlham Əliyevin Süleyman Rüstəmin anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı Sərəncama əsasən təşkil edilən bu tədbir xalqımızın öz sənətkarına əbədi hörmət və məhəbbətinin təzahürü, ölkəmizdə şeirə, ədəbiyyata, mədəniyyətə göstərilən dövlət qayğısının ifadəsidir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin 100 illik yubileyinin respublikamızın bütün guşələrində qeyd edildiyini vurğulayan nazir, şairin vətənə, insana məhəbbət duyğuları ilə yoğrulan, daim nikbinlik, yaşamaq eşqi aşılayan poeziyasının bundan sonra da sevilə-sevilə oxunacağına inandığını bildirdi.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar böyük ustadın həyat və yaradıcılığından danışdı, onun ötən əsrin 20-ci illərində işıq üzü görən “Ələmdən nəşəyə” adlı lik kitabından başlanan yaradıcılıq yolunun müxtəlif mərhələlərindən, Süleyman Rüstəm poeziyasının əsas mövzularından bəhs etdi. İnsanlara sevgi, məhəbbət, incə hisslər, xoş duyğular aşılayan lirikası ilə yanaşı, Təbriz həsrətli və müharibənin ağrı-acılarını sənətkarlıqla, yüksək bədiiliklə təsvir edən şeirlərinin də həmişəlik ədəbiyyatımızın qızıl fonduna daxil olduğunu bildirdi, incə zövqlü liriklərindən biri olaraq, Səməd Vurğun, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərini yada saldı.

Süleyman Rüstəmin onlarca şeirinə musiqi bəstələnmişdir. Muğam üstündə oxunan qəzəlləri insanlara xoş əhval-ruhiyyə bəxş edir. Süleyman Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki...”, “Təbrizim”, “Şəhriyara məktub” və digər şeirləri dillər əzbəri olmuşdur və bu gün də gənclərdə vətənpərvərlik hissləri oyadır.

Şair “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi” pyesləri ilə dramaturgiyamızda da öz sözünü demişdir. Hansı formada, ölçüdə, hətta çoxlarının dönə-dönə qələm işlətdiyi mövzuda belə yazırsa-yazsın, Süleyman Rüstəmin əsərlərində həmişə məhz onun yaradıcılığına məxsus nikbinlik, həyatsevərlik ruhu duyulur.

O, 1938-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR Ali Sovetinin deputatı, 1971-ci ildən isə həm də Ali Sovetin sədri olmuş, Dövlət Dram Teatrının direktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının sədri kimi vəzifələrdə həmişə özünü fəal ictimai-siyasi xadim, ədəbiyyyat və mədəniyyətimizin bacarıqlı təşkilatçısı kimi tanıtmış, hər zaman yeni ədəbi gəncliyin yetişməsinə qayğı və köməyini əsirgəməmişdir.

Şairlə bağlı xatirələrini danışan Anar Süleyman Rüstəmin zarafatcıl, şux, fəal insan, mehriban ailə başçısı, etibarlı dost olduğunu söylədi.

XX əsr Azərbaycan poeziyasında öz məktəbini yaratmış Süleyman Rüstəmin adı, əsərləri mədəniyyət tariximizdə daim yaşayacaqdır.

Xalq şairinin oğlu Azad Rüstəmzadə ümummilli lider Heydər Əliyevin onun atasına daim diqqət və qayğı ilə yanaşdığını söylədi, Dövlət mükafatının, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ad və mükafatları ona ulu öndərin şəxsən təqdim etdiyini, şairin 90 illik yubileyində böyük nitq söyləyərək, haqqında yüksək fikirlər dediyini minnətdarlıq hissləri ilə xatırlatdı. O, atasının 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə ailə üzvləri adından minnətdarlığını bildirdi, yubiley gecəsinin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.

Rəsmi hissədən sonra incəsənət ustaları musiqili-ədəbi proqramla çıxış etdilər.

Baş nazirin müavini Elçin Əfəndiyev yubiley gecəsində iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib