“Xan arxı”nın Gəncə şəhərindən keçən hissəsi tullantılardan təmizlənib
Bakı, 15 may, AZƏRTAC
Sosial şəbəkələrdə “Xan arxı” adlanan suvarma kanalının Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı görüntülər yayılıb.
AZƏRTAC xəbər verir ki, həmin görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Azər Quliyev kanalın Xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh qurum olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və kanala xidmət göstərən “Göygöl Suvarma Sistemləri” idarəsinin işçiləri tərəfindən tullantılardan təmizləndiyini bildirib.