Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır
Bakı, 19 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu aparır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu dekabrın 15-dək davam edəcək. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.
Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:30]
Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO
- 01.10.2026 [10:53]
“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]