XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZA AZƏRBAYCANLA BAĞLI KİTABLAR GÖNDƏRİLİR
Mərkəzin prezidenti İslam Baxşəliyev AZƏRTAC-a bildirmişdir ki, bu ilin may ayından başlayaraq, xaricdə yaşayan həmvətənlərimizə milli mədəni irsin qorunub saxlanılması və inkişafı, ölkəmiz və xalqımız haqqında biliklərin artırılmasına kömək məqsədi ilə kitab toplama kampaniyası keçirilir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin köməyi ilə sentyabr ayında toplanan kitabların bir hissəsi xaricdə yaşayan soydaşlarımıza göndərilmişdir. Bunların arasında Azərbaycanın ədəbiyyatı, dili və tarixi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar əsas yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]