XARİCDƏKİ UKRAYNALILARIN STATUSU HAQQINDA YENİ QANUN
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Ukrayna mənşəli əcnəbilərə və onların ailə üzvlərinə Ukraynaya sadələşdirilmiş qaydada gəlmək hüququ verilmişdir. Bu, “Xaricdəki ukraynalıların hüquqi statusu haqqında” qanunun oktyabrın 1-də qüvvəyə minməsi sayəsində mümkün olmuşdur. Qanuna əsasən, Ukrayna hökuməti onlara müəyyən edilmiş kvotadan kənar immiqrasiya hüququ vermişdir. Etnik ukraynalılar tarixi vətənə gəlmək üçün uzunmüddətli vizaları pulsuz rəsmiləşdirə biləcəklər.
Bundan əvvəl Prezident Leonid Kuçma “Xaricdəki ukraynalılar” adlı milli proqram imzalamışdır. Proqramda ölkənin hüdudlarından kənarda yaşayan soydaşların informasiya və dil tələbatının ödənilməsinə şərait yaradılması nəzərdə tutulur.
Rəsmi məlumata görə, hazırda Ukraynanın hüdudlarından kənarda 12 milyon etnik ukraynalı yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]