“Xəmsə” intellektual oyunu üzrə Qax şəhər birinciliyində 8 komanda mübarizə aparıb
Qax, 4 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Xəmsə” milli intellektual oyunu üzrə 9-10 yaşlı məktəblilər arasında Qax şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının tədbirlər planına uyğun olaraq, 8 komandanın iştirakı ilə keçirilən birincilikdə 40 məktəbli öz intellektual biliyini nümayiş etdirib. Yekun nəticələrə əsasən, şəhər 1 saylı tam orta məktəbin “Evrika” komandası birinciliyin qalibi adını qazanıb. Sonrakı iki yeri şəhər 2 saylı məktəb-liseyin komandaları tutublar.
Birinciliyin qalibləri kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.