XƏYAL MƏMMƏDXANLININ CIXIŞI
Bu gün Azərbaycanda çox gözəl seçki əhval-ruhiyyəsi vardır. Ölkəmizdə demokratiyanın mövcudluğundan, seçki sisteminin Avropa standartlarına uyğun olmasından narahatlıq keçirən şəxslərə çatdırmaq istəyirəm ki, hər bir vətəndaş ağı-qaradan yaxşı seçir. Qəti əminəm ki, sağlam məfkurəli gənclərimizin hamısı ötən seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının sədri, ümummilli liderimiz cənab Heydər Əliyevə səs verəcəkdir.
Sığortaçılar yaxşı bilir ki, Azərbaycanda iqtisadi göstəricilər artan xətt üzrə inkişaf edir. Son 10 ildə Azərbaycanın keçdiyi yolu qonşu ölkələr 30-40 ilə keçəcəklər. Biz cənab Heydər Əliyevin namizədliyini kortəbii deyil, həyatımızı, gələcəyimizi dərk edərək dəstəkləyirik. Bütün sahələr üzrə inkişaf göstəricilərini göz önünə gətirsək, görərik ki, həqiqətən bugünkü iqtidar bizi xoşbəxt gələcəyə qovuşduracaqdır. Sizin hamınıza Azərbaycanın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm.