“Xəzər” dərgisi dünya universitetləri və kitabxanalarında
Bakı, 29 iyun, AZƏRTAC
“Xəzər” dünya ədəbiyyatı dərgisinin elektron versiyası iyun ayından etibarən ABŞ-ın məşhur “EBSCO” (Elektron kitab, jurnal və portalların Dünyaya Yayımı Mərkəzi) kitabxanalarında oxucuların istifadəsinə verilib.
Azərbaycan Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yayımın məqsədi “Xəzər” dərgisinin dünya oxucusuna tanıdılmasıdır. Jurnal, həmçinin Türkiyənin Ankara, Memar Sənan, Qazi, Mərmərə və digər 36 universitetinin elektron kitabxanalarına yerləşdirilib.
Jurnal ilə tanış olmaq üçün
http://www.idealonline.com.tr/IdealOnline/lookAtPublications/journalDetail.xhtml?uId=552 elektron ünvanına müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]