Xəzər Universitetinin yeni məqsəd və hədəfləri açıqlanacaq
Bakı, 15 oktyabr, AZƏRTAC
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının üzvlərinin və rektorunun təqdimat mərasimi oktyabrın 17-də universitetin Neftçilər korpusundakı binasında keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə bu ali təhsil müəssisəsinin tarixi və dəyərləri, eyni zamanda, yeni rəhbərliyin qarşıya qoyduğu məqsəd və hədəflər haqqında danışılacaq. Yeni rektor Raziyə İsayeva universitetin gələcək fəaliyyət istiqamətləri və inkişaf prioritetləri ilə bağlı məlumat verəcək.
Tədbir zamanı Direktorlar və Qəyyumlar Şurasının üzvlərinə sertifikatlar təqdim ediləcək. Həmçinin universitetin Kamera Orkestri və Rəqs Ansamblı tərəfindən bədii proqram nümayiş olunacaq.
Mərasimdə universitetin təsisçisi və ilk rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, eləcə də Şura üzvləri, akademik heyət, diplomatik korpusun nümayəndələri, məzunlar və digər qonaqlar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]