Azərbaycan Dövlət İnformasiya Agentliyi

«XİLASKAR»

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİNSİYASİ FƏALİYYƏTİNDƏN BƏHS EDƏN YENİSƏNƏDLİ TELEVİZİYA FİLMİ BELƏ ADLANIR

İyulun 15-də və 16-da Azərbaycan televiziyasının birinci proqramı ilə Prezident Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən «Xilaskar» çoxseriyalı sənədli televiziya filmlərinin birinci və ikinci filmləri nümayiş olunmuşdur. …Filmin ilk kadrları tarixin XX əsrin sonuncu on illiyinə gəlib çatmış yollarını sənədli lentlərlə canlandırır. Məkrli imperiyanın təcavüzlər poliqonunda sosial təlatümlər, siyasi burulğanlar girdabında çırpınan Azərbaycan gəmisini xilas etmək üçün dahi bir şəxsiyyətə ehtiyac var idi. Bu xilaskar şəxsiyyət Azərbaycanın böyük oğlu Heydər Əliyev oldu!Bəs nə üçün məhz Heydər Əliyev? Ona görə ki, Heydər Əliyev elə Azərbaycanın özüdür. Ona görə ki, Heydər Əliyev heç vaxt özünü düşünməyib, qorumayıb, bütün mənalı həyatını, varlığını, düşüncəsini doğma Vətənində əmin-amanlığın, səadətin bərqərar olmasına, xalqının firavan güzəranına həsr edib. Ona görə ki, Heydər Əliyev həm görkəmli dövlət xadimi, həm də mahir və həssas diplomat kimi öz ölkəsinin, xalqının yüksəlişi naminə yaxın və uzaq qonşuları Azərbaycana yaxınlaşdırmaq iqtidarında olan kapitan idi. Ona görə ki, Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə, təkrarsız idarəetmə bacarığına malik müdrik sərkərdə idi! Talelərini ona etibar edən insanları zəmanənin fırtınalarından yalnız o xilas edə bilərdi və etdi də.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu 14 il ərzində Heydər Əliyevin respublikanın inkişafı üçün gördüyü işlər yəqin ki, hətta bir əsrə də sığmaz. Bu dövr Azərbaycanın oyanışı, tərəqqisi, yüksəlişi epoxası idi! Hamıya aydın idi ki, belə geniş fəaliyyət diapazonuna malik dövlət xadiminin iş potensialı bir respublikanın hüdudları çərçivəsində qapanıb qala bilməzdi. Elə bu təkzibedilməz faktı nəzərə alan o vaxtkı sovet rəhbərliyi onu təkidlə Moskvaya dəvət etdi.Filmdə deyilir ki, Azərbaycan liderinin SSRİ kimi super səltənətin Siyasi Bürosuna üzv seçilməsi, Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi böyük siyasət aləmində yeni parlaq ulduzun doğulduğundan xəbər verdi. Bunun əks-sədası dünyanın hər yerində aydın eşidildi. Ölkədə xalq təsərrüfatının canlanması üçün həyata keçirilmiş genişmiqyaslı tədbirlər və müxtəlif dövlətlərə səfərlər Heydər Əliyevin təkcə SSRİ məkanında deyil, bütövlükdə beynəlxalq aləmdə səriştəli və bacarıqlı dövlət xadimi kimi nüfuzunu durmadan artırırdı. Şübhəsiz ki, bu uğurlar ilk növbədə Heydər Əliyevin şəxsiyyəti və rəhbər işçi kimi təkrarsız keyfiyyətləri ilə bağlı idi. Onun nüfuzunun sürətlə yüksəlməsi isə çoxlarını, xüsusən də Qorbaçovu qorxuya salmaya bilməzdi. Heydər Əliyevin belə yüksək zirvəni fəth etməsinə diş qıcıyanlar, bu hadisəni kinlə, qəzəblə qarşılayanlar da var idi. Həmin adamlar Heydər Əliyevdən çox da uzaqda deyildilər. Onlar Mərkəzi Komitədə, Siyasi Büroda işləyirdilər və bu mərd, cəsur insana sarsıdıcı zərbə endirmək üçün fürsət axtarırdılar. Belə bir fürsəti onlara üzdəniraq yenidənqurma adlanan dövrdə elə SSRİ-nin sonuncu rəhbəri Qorbaçov özü yaradırdı.Heydər Əliyev Siyasi Büronun digər üzvlərinin deməyə cürət etmədiyi bir sıra mühüm məsələləri cəsarətlə Qorbaçovun üzünə deyirdi. Qazaxıstanda aparılan kadr siyasətinin ciddi səhv olduğunu, onun milli məsələdə problemlər yaradacağını əvvəlcədən bildirən Heydər Əliyev Qorbaçova bu addımı atmamağı tövsiyə edirdi. Heydər Əliyevin nə qədər haqlı, uzaqgörən olduğunu zaman bir daha sübut etdi. Heydər Əliyevin həqiqətə söykənən mövqeyi, haqq sözü demək məharəti o vaxtkı sovet rəhbərlərini təbii ki, qane etmirdi. Heydər Əliyev Çernobıl faciəsi haqqında əsl həqiqətin açılmasını zəruri hesab edirdi. Həmin məsələnin Siyasi Büroda müzakirəsi zamanı onun cəsarətli çıxışı bu cür fövqəladə hadisənin dünyaya yayılmasından çəkinən Mixail Qorbaçovu da həqiqəti söyləməyə vadar etdi.Artıq o vaxt öz parlaq zəkası və dühası sayəsində bütün dünyada kifayət qədər şöhrət qazanmış Heydər Əliyev Qorbaçov və onun əhatəsi üçün arzuolunmaz şəxsiyyətə çevrilmişdi. Onu sovet rəhbərliyindən uzaqlaşdırmaq üçün heç bir bəhanə tapılmırdı. Yeganə çarə yalnız səhhəti ilə bağlı bir fitnə uydurmaq ola bilərdi. Heydər Əliyevin sağlamlığına isə yalnız həsəd aparmaq olardı. Lakin Siyasi Büronun bu sahədə kifayət qədər təcrübəsi var idi. Sərfəli olmayan rəhbərlərin səhhətinə istənilən vaxt təcavüz olunurdu. Beləliklə, Siyasi Büroda Heydər Əliyevin istefaya göndərilməsi üçün cidd-cəhdlə bəhanə axtarılırdı. Başdan-başa irtica çirkabına bulaşmış sovet idarəetmə aparatı Heydər Əliyev kimi yüksək mənəviyyatlı və demokratik ruhlu şəxsiyyətləri qəbul edə bilmirdi. Bunu parlaq dühası ilə Heydər Əliyev özü də yaxşı bilirdi. Təbii ki, heç bir istefa təkidi onun dağ vüqarını qıra bilməzdi.Heydər Əliyev Moskvaya yüksək vəzifəyə qurub-yaratmaq, doğma xalqının və ölkəsinin şərəfini ucaltmaq məqsədi ilə necə əzəmətlə gəlmişdisə, lazımi məqamda yenə də qürurla, alnıaçıq, üzüağ oranı tərk etdi. Siyasi Büroda Qafqaz regionu üçün münaqişələr silsiləsi planı artıq hazır idi. İmperiya bütün çirkin vasitələrdən istifadə edərək Azərbaycanda bu məqsədə nail oldu. Heydər Əliyev hər tərəfdən təcrid olunduğu Moskvada da şəxsi həyatını təhlükəyə ataraq Siyasi Büronun bu mənfur xislətini bütün dünyaya açıb göstərdi.«Əgər ölkənin rəhbərliyində Heydər Əliyev olsaydı nə ərazilərimiz itirilər, nə də bir kimsə yurd-yuvasından didərgin düşərdi» – Bu sözləri hələ münaqişənin ilk günlərində doğma torpaqlarını tərk etməyə məcbur olan qaçqınlar, məcburi köçkünlər deyirdilər. Bu sözləri sonralar Heydər Əliyevin idarəçilik və sərkərdəlik istedadına bələd olan dövlət və hökumət başçıları təsdiq edirdilər. Bu real həqiqəti bu gün bütün xalqımız və bütün dünya bilir!Heydər Əliyevin memarlığı ilə yaranan, gündən-günə püxtələşən, mətinləşən Azərbaycan ordusu artıq öz Vətəninin hər qarışını qorumağa, işğal olunmuş ərazilərimizi azad etməyə hazır qüdrətli bir ordudur!Heydər Əliyev beynəlxalq siyasət aləmində dövlət quruculuğu təcrübəsində fenomen bir şəxsiyyətdir. Bəs, bu fenomenin sirri nədədir? Heydər Əliyevi çox vaxt dünyanın tanınmış dövlət xadimlərinə, məşhur siyasətçilərinə – Corc Vaşinqtona, Uiston Çörçillə, Şarl de Qola, Mustafa Kamal Atatürkə və başqalarına bənzədirlər. Lakin həqiqət budur ki, Heydər Əliyev bu görkəmli şəxsiyyətlərin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir! Filmdə daha sonra deyilir ki, 1987-ci il oktyabrın 21-də görkəmli siyasətçi kimi təkcə SSRİ-də deyil, bütün dünyada böyük nüfuza malik olan Heydər Əliyev istefaya çıxdıqdan təxminən 20 gün sonra üzdəniraq akademik A.Aqanbeqyan Parisin «Humanite» qəzetinə müsahibə verir. Müsahibədə bildirilir ki, Dağlıq Qarabağ əhalinin etnik tərkibinə və iqtisadiyyatına görə Ermənistana daha yaxın olduğu üçün Azərbaycandan alınaraq Ermənistana birləşdirilməlidir. Və bu məsələ artıq Qorbaçovla razılaşdırılıbdır.Bu bəyanatdan çox keçmədən Xankəndidə erməni separatçılarının kütləvi mitinqləri və iğtişaşlar başladı. Azərbaycan əhalisinin Ermənistandan, öz tarixi torpaqlarından deportasiyası gücləndi. Dağlıq Qarabağın erməni quldur dəstələri silahlanaraq əli yalın azərbaycanlı əhalisinə qarşı açıq-aşkar hücumlara keçdilər. Rəsmi Moskvanın və respublika hökumətinin bütün bu hadisələrə ədalətsiz və qeyri-obyektiv münasibəti Azərbaycanda da güclü etiraz dalğası oyatdı. Mərkəzə və respublika rəhbərliyinin siyasətinə qarşı başlanan mitinqlər çox keçmədən güclü hərəkata çevrildi. Bununla da qondarma Dağlıq Qarabağ problemi baş qaldırdı.Mixail Qorbaçov və ətrafı başda olmaqla bütün sovet rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə öz münasibəti var idi. Bu problemə yaxından bələd olan, 14 il ərzində Azərbaycana rəhbərlik edən Heydər Əliyev münaqişənin həlli istiqamətində öz xidmətlərini dəfələrlə təklif etsə də, Qorbaçov bütün vasitələrlə onu yaxına buraxmır, hadisələrin mərkəzinə özünün seçdiyi adamları gətirirdi. Bu meydanda əsas söz İgityanlara, Balayanlara, Ambarsumovlara verilirdi.Qorbaçovun dəstəklədiyi erməni milltəçilərinin bu təzyiqi qarşısında Vəzirov başda olmaqla Azərbaycanın o vaxtkı bütün rəhbərliyi aciz və məğmun görünürdü. Onlar yalnız eşidir, itaət edir və yeni əmrlər gözləyirdilər.Azərbaycan xalqının tarixində ən sarsıdıcı hadisələrdən olan 1990-cı ilin 20 yanvar faciəsi Azərbaycan Kommunist Partiyasının bəzi üzdəniraq xadimlərinin hakimiyyətə gəlmək yolu oldu. Sovetlərin cəza maşını Azərbaycan paytaxtını qan içində boğulan şəhərə çevirdi. Hərbi təcavüzün nəticələri insan şüurunu dəhşətə gətirirdi. Bakıda artıq komendant saatı hökm sürürdü. Paytaxt sakinləri yalnız müəyyən vaxt çərçivəsində istədikləri yerə gedib-gələ bilərdilər. Belə bir şəraitdə Azərbaycanı idarə eləmək üçün mərkəzə – rəsmi Moskvaya daha bir oyuncaq rejim zəruri idi. Bu rejimi həyata keçirmək üçün Moskva özünün yeni qəhrəmanını – yanvar qırğınına bilavasitə şərait yaradanlardan biri olan Ayaz Mütəllibovu seçdi. Bu, Mütəllibova öz ağalarına sədaqətini sübut etmək üçün əlverişli fürsət oldu.Rəsmi Moskvanın Azərbaycanla bağlı planları artıq hazır idi və Heydər Əliyevin öz Vətəninə qayıdışı bu plana daxil deyildi. Lakin 1990-cı il mayın ortalarında Naxçıvanda o vaxtkı sovet rəhbərliyinin gözləmədiyi və qətiyyən arzulamadığı hadisə baş verdi. Artıq bütün vəzifələrdən kənarlaşdırılmış Heydər Əliyev Naxçıvan Şəhər Partiya Komitəsinin konfransında Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına nümayəndə seçildi. Bu nə Mütəllibovun, nə Vaqif Hüseynovun, nə də Moskvanın planlarına uyğun idi. Elə buna görə də Heydər Əliyevi Vətənindən, doğma xalqından təcrid etmək üçün yeni üsullara əl atıldı.Lakin Heydər Əliyev Vətənə qayıtmaqda qətiyyətli idi. Artıq heç bir hədə, heç bir qüvvə onu bu qərarından əl çəkməyə məcbur edə bilməzdi. O vaxtkı ağır günlərdə Azərbaycana məhz onun zəngin idarəçilik təcrübəsi, siyasi rəhbər səriştəsi və beynəlxalq nüfuzu gərək idi. Xalqı düçar olduğu faciələrdən yalnız o xilas edə bilərdi. Lakin buna hər vəchlə mane olmağa çalışırdılar. Moskvanın heç bir əsası olmayan hədə-qorxusu puça çıxdıqdan sonra təxminən eyni ssenari üzrə Ayaz Mütəllibov da Heydər Əliyevə zəng etmişdi. Heydər Əliyevin cavabları daha qətiyyətli və kəsərli olmuşdu: “…Qorxuda bilməzsiniz… Mən öz xalqım qarşısında təmizəm və hər bir hərəkətimə görə cavab verməyə hazıram!”Bəli, onun dövlət başçısı kimi öz xalqının qarşısında həqiqətən də alnı açıq, üzü ağ idi. Çünki o, hələ 1982-ci ildə Moskvaya yüksək vəzifəyə yola düşənədək Azərbaycanı 14 il ərzində durğun bir iqtisadiyyat içində boğulan bir diyardan nəhəng inşaat meydanını xatırladan, başdan-başa abadlaşan, kənd təsərrüfatı sahəsində ildən-ilə böyük nailiyyətlər qazanan, müasir texnologiya ilə təchiz olunmuş sənayeyə malik, neft və qaz istehsalında İttifaq miqyasında liderliyi ələ alan qabaqcıl bir respublikaya çevirmişdi. Məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycan sovet respublikaları arasında mərkəzdən dotasiya almadan yalnız öz daxili imkanları hesabına yaşayan ölkə idi. Doğma xalqı, ölkəsi üçün belə nəhəng quruculuq işləri görmüş şəxsiyyətin indi öz Vətəninə, doğma torpağına qayıtmasına sədd çəkilirdi. Amma bütün süni maneələrə, Qorbaçov, Vəzirov, Mütəllibov, Vaqif Hüseynov kimi vətən xainlərinin təziyqinə baxmayaraq Heydər Əliyev öz zəkasının, müdrikliyinin sayəsində Moskvadan Azərbaycana qayıda bildi.Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almağın mümkünsüzlüyünü yəqinləşdirdikdən sonra ən eybəcər və dəhşətli terror maşını işə salındı. Həm də bu terror planları vaxtilə Heydər Əliyevin özünün tikib ucaltdığı, bütün gəncliyini həsr etdiyi respublika Dövlət Təhlükəsizliyi Komitəsində hazırlanır və həyata keçirilirdi. Bu yolda ölkənin bir sıra ziyalıları da həmin terrorun qurbanına çevrilirdilər. Beləliklə, Heydər Əliyev epopeyasının Moskva dövrü artıq arxada qaldı. Bütün kəşməkəşlərdən öz fərdi keyfiyyətləri, uzaqgörənliyi və zəngin təcrübəsi sayəsində uğurla çıxan Heydər Əliyev Moskvadan Bakıya gəldikdən az sonra, doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı. Xalq öz gələcəyinə, xilasına inamının parlaq ifadəsi kimi tezliklə onu, eyni zamanda, həm Azərbaycan Ali Sovetinin deputatı, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçdi.Doğulub boya-başa çatdığı torpaqda xalqın istəyi və iradəsi ilə yüksək dövlət vəzifəsinə seçilən Heydər Əliyev bu etimada görə qarşısında duran məsuliyyəti və qısa zaman kəsiyində həlli vacib, təxirəsalınmaz vəzifələri aydın təsəvvür edirdi. İlk növbədə nə qədər çətin olsa da, düşmən əhatəsində yaşayan və bütün ətraf aləm ilə əlaqələri kəsilmiş Muxtar Respublikada həyatı adi məcraya yönəltmək, xalqa öz inamını qaytarmaq zəruri idi. Heydər Əliyev Ali Məclisin sədri kimi dərhal dünyanın müxtəlif ölkələrinin siyasi xadimlərinin, diplomatik nümayəndəliklərinin diqqətini Naxçıvana yönəltdi. Çox keçmədən Naxçıvan Ali Məclisinin binası ən yüksək səviyyəli görüşlərin şahidinə çevrildi. O dövrdə Naxçıvan tam blokada şəraitində idi. Ermənistanla bütün sərhəd boyu, xüsusən Sədərək istiqamətində qeyri-bərabər döyüşlər, enerji və ərzaq qıtlığı Muxtar Respublikanın əhalisini çıxılmaz vəziyyətə salmışdı. Azərbaycan rəhbərliyinin Naxçıvana büsbütün biganə münasibəti bu gərginliyi qat-qat gücləndirirdi. Heydər Əliyev məhz bu şəraitdə Muxtar Respublikanın əhalisini iqtisadi çətinliklər məngənəsindən xilas etməyə çalışırdı. Filmdə daha sonra göstərilir ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisində verildi və mətbuatda dərc edilərək dünya ictimaiyyətinə çatdırıldı.Lakin Bakı əhalisi hələ də fövqəladə vəziyyət rejiminin məngənəsində sıxılırdı. Bu rejimin gərəksizliyini və ləğv olunmasının zəruriliyini də dünyanın kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşlərində Heydər Əliyev ölkə və dünya ictimaiyyətinə bəyan etdi.Həm Moskvadan, həm də respublika rəhbərliyindən güclü təzyiqlərə baxmayaraq Heydər Əliyev özünün ən böyük arzusunu – xalqın birliyinə nail olmaq və mərkəzdən asılı olmayan müstəqil milli dövlət yaratmaq arzusunu həyata keçirməyə çalışırdı. Onun bu istiqamətdə qaldırdığı hər bir təşəbbüsü xalq böyük şövqlə qarşılayır, bu müdrik insana dərin inam və böyük ümidlərlə baxırdı. İqtidarda Mütəllibovu əvəz edən AXC-Müsavat cütlüyü irticanın ağır nəticələrini aradan qaldırmaq əvəzinə, anarxiya yolunu seçdi. Şəxsən Heydər Əliyevə qarşı mübarizə kampaniyasını gücləndirdi və hakimiyyətdən sui-istifadə yolu ilə Naxçıvanda dövlət çevrilişinə uğursuz cəhd göstərdi.Blokada vəziyyətində olan naxçıvanlıların əsas informasiya mənbəyi olan teleradio şirkəti bərbad vəziyyətə salındı. Çevriliş cəhdində olanlar Daxili İşlər Nazirliyinin binasını da silahlı basqın yolu ilə ələ keçirdilər. Bu toqquşmada xəsarət alanlar da oldu. Belə ağır günlərdə Heydər Əliyev o vaxtkı iqtidarın nümayəndələrinə telefonla müraciət etdi. Lakin iqtidar susurdu. Qonşu Türkiyə Respublikası ilə əlaqələrin qurulması Heydər Əliyevin öz xalqını, Muxtar Respublikanı bu vəziyyətdən qurtarmaq üçün atdığı ilk addımlardan biri oldu. 70 il ərzində Araz çayı boyunca iki qardaş xalqı bir-birindən ayıran, az qala düşmənə çevirən nifaq səddi beləcə aradan qalxdı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti daha bir parlaq zəfər çaldı. Uzun illər boyu quşun da keçə bilmədiyi tikanlı məftilləri o taylı-bu taylı türklərin, azərbaycanlıların ümid körpüsü adlandırdıqları yol əvəz etdi. Bu əlamətdar hadisə Muxtar Respublika və Turkiyə əhalisi arasında bütün səviyyələrdə əlaqənin intensivləşməsinə güclü təkan verdi. Bundan sonra Ankaraya səfərə gələn Heydər Əliyevin Türkiyədə keçirdiyi görüşləri beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Rəsmi Ankara ilə aparılan danışıqlar şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasının o dövrdə üzləşdiyi çoxsaylı problemlərin bir qisminin aradan qaldırılması üçün misilsiz əhəmiyyət daşıyırdı. Lakin zəngin dövlətçilik təcrübəsi və uzaqgörənliyi sayəsində Heydər Əliyev yaxşı bilirdi ki, Türkiyə hökuməti ilə bağlanan saziş nə qədər uğurlu olsa da, Naxçıvan əhalisinin nicatı üçün bu, kifayət deyildir. Bölgənin daha bir sərhəd qonşusu İranla qarşılıqlı əlaqələri bərpa etmək, Araz üzərindən həyat yoluna bənzər ikinci körpü salmaq zəruridir. Dost ölkəyə səfəri zamanı bu istiqamətdə uğurlu danışıqlar aparan Heydər Əliyevi İranın hər bir guşəsində böyük təntənə ilə qarşılayır, yüksək hörmət göstərirdilər.Artıq məqam gəlib çatmışdı. Bir tərəfdən erməni təcavüzkarlarının Dağlıq Qarabağda torpaqlarımızı ələ keçirməsi, digər tərəfdən respublika rəhbərliyinin səriştəsizliyi nəticəsində anarxiyanın baş alıb getməsi xalqı yeganə ümidgahı olan Heydər Əliyevə üz tutmağa sövq edirdi. Onun qısa müddət ərzində Naxçıvanı düşdüyü acınacaqlı vəziyyətdən xilas etməsi bütün dünyaya sübut etmişdi ki, respublikanı da düçar olduğu bəlalardan yalnız o xilas edə bilər! Uca dağların zirvəsitək pak, təmiz, qəlbi Vətən eşqi ilə döyünən şəxsiyyət xalqı belə vəziyyətdə heç vaxt darda qoya bilməzdi. Azərbaycan xalqı onun yolunu gözləyirdi. Filmdə ABŞ dövlət katibinin birinci müavini Riçard Armitacın, Ukraynanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, yazıçı Boris Oleynikin, Qazaxıstanın YUNESKO-dakı səfiri, xalq yazıçısı Oljas Süleymenovun, türkiyəli professor, doktor İhsan Doğramacının, Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin, ABŞ-ın C.Hopkins Universitetində Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru, politoloq-alim Fredrik Starın, Merlend Universitetinin (ABŞ) professoru, akademik Roal Saqdeyevin, ABŞ Konqresinin 1989-1997-ci illərdə üzvü olmuş Qrek Latfinin və Fransanın Rüey-Malmözonun şəhərinin meri, sabiq nazir, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üzrə keçmiş məruzəçi Jak Bomelin ürək sözlərində dünyanın görkəmli şəxsiyyətlərinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən Heydər Əliyevin yüksək erudisiyasından, uzun illər ərzində topladığı zəngin təcrübə və incə siyasət həssaslığı ilə həmsöhbətlərinə təsir göstərə bilmək, inandırmaq, eyni zamanda, onları maarifləndirmək qabiliyyətindən söz açırlar. Onların fikrincə, Heydər Əliyev fenomeninin sirri görkəmli şəxsiyyətin səmimiliyində, doğma torpağına, mənsub olduğu xalqa sonsuz sevgisindədir.Filmin ssenari müəllifi filologiya elmləri doktoru, professor Nizami Xudiyev, quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Vaqif Ağayev, quruluşçu operatoru əməkdar mədəniyyət işçisi Fazil Hadıyevdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO