XİN-İN DİPLOMATİK AKADEMİYASI NÖVBƏTİ TƏLİM KURSUNA BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası “Terrorizm: hədələr və cavablar. Silahlara nəzarət və silahların yayılmasının qarşısının alınması” mövzusunda təlim kursuna başlamışdır.
Məqsəd beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə NATO-nun rolu, habelə Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və digər məsələlər barədə məlumat verməkdir.
Almaniyanın Corc Marşal Mərkəzinin və ABŞ-ın Monterey İnstitutunun mütəxəssislərinin apardığı təlimdə Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]