CƏMİYYƏT
Xızı rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb
![](/files/galleryphoto/2020/2/1200x630/15886300093125412815_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886300091728234616_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886300091131925644_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1588630009757431377_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886300095793325328_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
Mayın 4-də saat 16:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının və 5 ədəd müxtəlif çaplı patronların tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 7 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Əl qumbarasının və patronların ətrafında 2000 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.