Xızıda üzərində qanunsuz odlu silah gəzdirən gənc yaxalanıb
Xızı, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonu ərazisində qanunsuz silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi kəsilmiş odlu silah, beş patron və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.