Xızılı gənclər intellektual bacarıqlarını nümayiş etdirib
Xızı, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Xızıda Beynəlxalq Gənclər Gününə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xızı Heydər Əliyev Mərkəzində keçirilən yarışda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi intellektual yarışdan əvvəl Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşçülərimizin misilsiz qəhrəmanlıqlarından danışılıb.
Yarışın təşkil olunmasında məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların vaxtlarının maraqlı və səmərəli təşkil edilməsinin təmini və intellektual bacarıqlarının inkişafına dəstək olmaqdır.
İntellektual yarışın yekun nəticələrinə əsasən I yeri "Şəhid Natiq Verdiyev" komandası, II yeri "Dəmir Yumruq" komandası, III yeri isə "Şəhid Alik İsayev" komandası qazanıb.
Qalib komandaların üzvlərinə diplomlar təqdim olunub.