Xızılı gənclər “Şəxsi inkişaf” təlimlərinə cəlb olunublar
Xızı, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xızı nümayəndəliyində “Şəxsi inkişaf” təlimlərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər zamanı gənclərə “Stresin idarə olunması”, "Şəxslərarası effektivlik", “Özünü qiymətləndirmə”, “Qərar qəbuletmə”, “Tənqidi və kreativ düşünmə” mövzulardan məlumatlar verilir.
Bununla yanaşı, təlimlərdə müxtəlif praktiki tapşırıqlar, qrup işləri və enercayzerlər təşkil edilir.
“Şəxsi inkişaf” təlimləri fasilitator Toğrul Mehdili tərəfindən keçirilir.
Təlimlər ilin sonuna kimi davam edəcək.