XOCALI AĞRISI AZALMIR
Toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra cıxış edən icra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, 1992-ci il fevralın 26-da Xocalıda dinc əhalinin – günahsız uşaqların, qadınların və qocaların vəhşicəsinə qətlə yetirilməsi erməni millətçilərinin amansızlığına, qəddarlığına görə bəşər tarixində tayı-bərabəri olmayan vəhşiliyini göstərir. Soyqırımı ermənilərin əsrlər boyu xalqımızın başına gətirdiyi müsibətlərin bir hissəsidir, Xocalı faciəsi isə bunun ən qanlı səhifəsidir. Bunun təkrar olunmaması, torpaqlarımızın işğaldan azad edilməsi üçün Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əlievin ətrafında sıx birləşməlidir.
Faciənin canlı şahidləri olan görüş iştirakçıları başlarına gələn müsibətlərdən danışmış, əmin olduqlarını bildirmişlər ki, dövlətimizin başçısının səyləri və qətiyyəti nəticəsində Qarabağ problemi öz həllini tapacaqdır.
Sonda Xocalıdan olan 42 məcburi köçkün ailəsinə maddi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]