Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı: İşğaldan “Böyük Qayıdış"a

Xocalı: İşğaldan “Böyük Qayıdış"a

Bakı, 25 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Ermənilərin azərbaycanlılara, o cümlədən də xocalılılara qarşı hərbi cinayətləri yeni deyildi. Hələ XX əsrin əvvəllərində - 1905-ci il avqustun 23-də ermənilər Xocalını məhv edir, evləri dağıdaraq, insanlara qarşı qətliam törədirlər. 1989-cu ildən etibarən isə Xocalıya qarşı hücumlar mütəmadi xarakter alırdı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və “Böyük Qayıdış” hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin "Xocalı: İşğaldan “Böyük Qayıdış”a" sərlövhəli məqaləsində bildirilib.

Məqalədə vurğulanıb ki, həmin dövrdə Ermənistanın xarici siyasətində azərbaycanlılara qarşı silsilə terror həyata keçirmək məqsədi xüsusi önəm daşıyıb: “Ağdam-Xocalı istiqamətində gedən xocalılılar yolboyu ermənilərin hücumlarına məruz qalırdı. Yollarda pusqu quran ermənilər sadə insanlara qarşı terror törədir, maşınlara hücum edib onları müxtəlif vasitələrlə sıradan çıxarmağa çalışırdılar. Üstəlik Yuxarı Qarabağın kəndlərinə hava xətti ilə sərnişinlərin getməsi də təhlükəli hal almışdı. 1991-ci il oktyabrın 29-da Xocalıdan Yevlaxa uçan “AN-2” təyyarəsi Əsgəranda vuruldu və həlak olanların meyitləri ermənilər tərəfindən vəhşicəsinə yandırıldı. Xocalı şəhəri mühasirə vəziyyətində qaldı. 1992-ci il fevralın 13-ü sonuncu dəfə Xocalıya helikopterlə ərzaq məhsulları gətirilir. Bir tərəfdən, əhalinin təhlükəsizliyi üçün heç bir təminatın olmaması, digər tərəfdən Bakıda siyasi vəziyyətin gərginləşməsi xeyli ümidsizlik yaratmışdı. 1991-ci il dekabrın 17-də Xocalıdan respublika rəhbərliyinə göndərilən teleqramda erməni və rus hərbçilərinin işğalçılıq siyasəti pislənir və bildirilirdi ki, Əsgəran və Xankəndi arasında dəhliz açmağa nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdırlar. Teleqramda göstərilirdi ki, “biz təcili kömək istəyirik”.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı qətliamı həyata keçirilib. Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Faciə zamanı 1000 nəfər dinc sakin xəsarət alıb. Ermənilərin törətdikləri cinayət zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 56 nəfər diri-diri yandırılıb.

Məqalədə, həmçinin yazılıb: “Xocalı soyqırımının törədilməsində iştirak etmiş Serj Sarkisyan və Robert Köçəryanın sonradan Ermənistan prezidentləri, 366-cı alayın tərkibində yüksək vəzifə tutaraq soyqırımında iştirak etmiş Seyran Ohanyanın o dövlətin müdafiə naziri kimi fəaliyyət göstərməsi təsadüf ola bilərdimi? Burada bir haşiyəyə çıxmaq yerinə düşər. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının təşkilatçısı və rəhbərlərindən biri olan Şaumyanın “xalq qəhrəmanı” kimi qələmə verilməsi, şəhər və rayonlara onun adının verilməsi ilə XX əsrin sonundakı cəlladların hakimiyyətə gətirilməsi arasında müqayisəli təhlil onu deməyə əsas verirdi ki, imperiyanın ənənəvi siyasəti dəyişməmişdi. Soyqırımından sonra Serj Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Ancaq biz bu stereotipləri qıra bildik”. O bu fikri ilə özlərinə haqq qazandıraraq “erməni humanizmi”nin əsl iç üzünü açıb göstərir”.

Daha sonra diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsindən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi layihələrin reallaşması, Qarabağın Azərbaycan əraziləri kimi dünyada tanıtdırılması istiqamətində ideoloji-siyasi təbliğat aparılıb. Ordunun NATO standartlarına uyğunlaşdırılması, hərbi islahatlar istiqamətində yeniliklər edilməsi, hərbi təlim və tədris mərkəzlərinin müasirləşdirilməsi qələbəyə aparan yolda açar rolunu oynayıb. Ölkənin strateji xəttini müəyyənləşdirən Heydər Əliyev strategiyasını uğurla həyata keçirən Ali Baş Komandan İlham Əliyevin siyasəti regionun geosiyasi mənzərəsini dəyişib: “Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin ruhu şaddır. Azərbaycan xalqı ədalətli Qələbənin nə olduğunu dünyaya sübut etdi. Ermənilər Xocalını yer üzündən silməklə qədim mədəniyyətə malik bir ərazinin tarixini məhv etməyə, unutdurmağa çalışırdılar. Xocalıda ermənilərin törətdikləri faciənin ağırlığına baxmayaraq, xalqımızın qəhrəman oğullarının sayəsində bu gün xocalılar Xocalıya sevinclə qayıdırlar. Qarabağ müharibəsi regionda yeni geosiyasi reallıqlar formalaşdırdı və Azərbaycan dövlətinin strateji iradəsini dünyaya nümayiş etdirdi. “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı digər ərazilər kimi yenidən qurulur, tarixi yerlər bərpa olunur, əhalinin təlim-tədris, sosial rifahının müasir tələblərə əsasən inkişafı təmin edilir. Bu proses təkcə məskunlaşma deyil, həm də təhlükəsizlik, mədəni dəyərlərin bərpası, keçmiş tariximizin özünəqayıdışı, iqtisadi inkişaf və sosial reinteqrasiyanın kompleks şəkildə həyata keçirilməsidir".

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu