Xocalı qətliamı tarixin ən amansız cinayətlərindəndir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Türkiyənin Qars şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Qarsdakı baş konsulluğunda təşkil edilən mərasimin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov 22 il əvvəl Xocalıda törədilmiş vəhşiliklər haqqında məlumat vermiş və bu qətliamı bəşər tarixinin ən amansız cinayətlərindən biri kimi xarakterizə etmişdir.
Mərasimdə çıxış edən Qars Azərbaycan Dərnəyinin sədri Köksal Kayqısız və digər iştirakçılar Azərbaycan torpaqlarının erməni işğalından azad olunacağına əminliklərini ifadə etmişlər.
Tədbirdə Xocalı həqiqətlərindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]