Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilən Xocalı Abidəsi və Xocalı Muzey Kompleksinin ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Qənirə Paşayeva, Kızılcahamam bələdiyyəsinin başçısı Coşqun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit çıxış etmiş, Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsi kimi qiymətləndirmişlər.
Mərasimdə tikilməkdə olan və yaxın zamanda açılışı gözlənilən Xocalı abidəsi və muzey kompleksi haqqında ətraflı məlumat verilmişdir.