Yanğınsöndürənlər Kaliforniyada meşə yanğınları ilə mübarizəni davam etdirirlər
Vaşinqton, 9 avqust, AZƏRTAC
Yanğınsöndürənlər Kaliforniyanın şimalında baş verən və miqyasına görə ştatın tarixində ikinci olan dağıdıcı meşə yanğınları ilə mübarizəni davam etdirirlər.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, cümə axşamı “Dixie” adlanan yanğın tarixən şaxta şəhəri olan Qrinvilldən keçərək şəhərin mərkəzində bir neçə tikilini məhv edib. Yanğın Qrinvillin mərkəzinin böyük hissəsini yerlə-yeksan edərək yaxınlıqdakı evləri külə döndərib.
ABŞ-ın Meşə Xidmətinin məlumatına görə, gecə ərzində yanğın sahəsi 35 faiz lokallaşdırılma qarşılığında artaraq 322,502 akra çatıb. Bu yanğın Kaliforniyada hazırda ən iri yanğınlardan biri hesab olunur.
Yanğında üç nəfər itkin düşüb, təxliyə edilən yüzlərlə insanın bəziləri hazırda çadırlarda yaşayır. Pumas dairəsinin təxminən 39 faizi təxliyə rejimindədir. Yanğına nəzarət edən qurumlararası qrupun nümayəndəsi Mitç Metlou bildirib ki, yanğının ekstremal artımı gözlənilir və onun sürəti orta hesabla saatda bir kilometrə bərabərdir.
Sosial şəbəkələrdə yanğının baş verdiyi yerə dair dəhşətli şəkillər yayılıb. Yanğın o dərəcədə şiddətli olub ki, küçələrdəki işıq dirəklərini əridib və şəhərin mərkəzində demək olar ki, toxunmadığı yer qalmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]