İQTİSADİYYAT
Yanvar-fevralda 12,7 milyon manatlıq kompyuter, elektron və elektrik avadanlığı istehsal olunub
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında kompyuter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 12,7 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kompyuter və digər elektron avadanlığın istehsalı 67,6 faiz artib, elektrik avadanlığın istehsalı isə 44,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ay ərzində ötən illə müqayisədə səsi, təsviri və ya digər məlumatları qəbul etmək, çevirmək və ya ötürmək üçün aparatların istehsalı 2,5 dəfə, məişət soyuducularının istehsalı 2,9 faiz artıb, 1 kilovoltluqdan çoxgərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 21,9 faiz azalıb.