Yanvar-sentyabr aylarında 112,7 milyon dollarlıq polietilen ixraca göndərilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycandan 86,7 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 112,7 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında 122,2 milyon dollarlıq 103,2 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]